"İlham Əliyevin müharibə dövründəki fəaliyyəti onun mükəmməl siyasi ideoloq olmasının xəbərçisidir" - Politoloq

"İlham Əliyevin müharibə dövründəki fəaliyyəti onun mükəmməl siyasi ideoloq olmasının xəbərçisidir" - Politoloq"Zəfər günü məhz Prezident İlham Əliyevin Şuşanın işğaldan azad edilməsini açıqladığı anla yaddaşlarda qalacaq".

Bunu Sonxeber.az-a açıqlamasında politoloq Paşa Bayramov 44 günlük müharibədə qazandığımız böyük qələbədə Ali Baş Komandanın rolu haqqında danışarkən deyib.

Politoloq bildirib ki, İlham Əliyevin müharibə dövründəki fəaliyyəti onun mükəmməl siyasi ideoloq olmasının xəbərçisidir. Belə olan halda xalqda artıq ilk günlərdən bu müharibənin nəticəsinin nə olacağına dair bir şübhə qalmırdı:

"20-ci əsrin sonlarında bir çox fərqli səbəblərdən dünyada müxtəlif münaqişələr yaranmağa başladı. Buraya biz cənubi Avropada sonda Serbiyanın NATO tərəfindən bombalanması ilə nəticələnən müharibələri qata bilərik. O qətliamlardan heç də geri qalmayacaq qədər müstəsna vəhşiliklə yenicə müstəqillik əldə etmiş ölkəmizə qarşı Ermənistanın hücumları başladı. Daha sonra isə hər bir azərbaycanlının yaddaşına həkk olunan ağır günlər başladı. Uzun illər Azərbaycanı, bu gənc Respublikanın vətəndaşlarını daxili qaçqın həyatı gözləyirdi. Bütün bu münaqişənin sarsıtdığı və iqtisadiyyatının zədələndiyi Azərbaycan, əvvəlcə daxili siyasət arenasında məhz mərhum Prezident Heydər Əliyevin rəhbərliyində stabilliyə sahib oldu. Daha sonra isə tarixi labüdlük hakimiyyətə İlham Əliyevin gəlməsi ilə davam etdi. Bu labüdlük isə birmənalı olaraq işğalda olan torpaqların azad olunması idi. Aydın məsələdir ki, Azərbaycan Respublikası onun ərazisinin 20%-nin işğalı ilə barışmayacaq. Burada əsas diqqət çəkilməli olan məsələ isə diplomatik arenada daim münaqişəni silahsız həll etməyə cəhd edən tərəfin Azərbaycan olmasıdır. Bəlkə də dünya tarixində bu qədər haqsızlığa məruz qalsa da, yenə də təmkinli şəkildə qan tökmədən torpaqlarını geri almağa çalışan başqa siyasi təfəkkür olmayıb.

44 günlük müharibə isə sadəcə olaraq sonun başlanğıcı oldu. Bu son bizim üçün torpaqlarımızın işğalının sonu, Ermənistan üçün isə bir dövlət kimi varlığının təhlükəyə düşməsinin başlanğıcı oldu. Bu gün artıq İlham Əliyev rəhbərliyi ilə Azərbaycan lazım olan nə var idisə, onu da etdi. Diplomatik arenada mübarizə aparsa da uzun illər ölkə siyasəti silahlanma prosedurunu da daim nəzərdə saxladı. Nəticədə müharibənin, Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərin ilk günündəcə Ermənistan və Azərbaycan orduları arasında açıq güc fərqi ortaya çıxdı. 44 gündəcə düşmənin qurduğu müdafiə sistemləri məhv edildi. Təbii ki, bu uğurlarda əsas pay sahibi ordunun Ali Baş Komandanıdır.

Müharibələr əsasən liderlərin qətiyyəti ilə qazanılır. Əgər həmin liderin komandanlığı altında ideal, sistemli ordu varsa burada artıq liderin keyfiyyətləri ilə birlikdə ordunun qələbəsi qaçınılmaz faktor yaradır. Bütün ümumi döyüşün sonu isə xalqın yaddaşında daim dramatik təsvirə malik Şuşanın küçə döyüşləri ilə alınması ilə taclandı. Hələ uzun illər Zəfər günü məhz Prezident İlham Əliyevin Şuşanın işğaldan azad edilməsini açıqladığı anla yaddaşlarda qalacaq. Müharibə zamanı Azərbaycan xalqının öz prezidentinə güvəni tam idi. Bunun da özü xas səbəbləri var. Xalq döyüş anında mütləq qərar sahibi şəxsləri tez-tez görmək onların səsini eşitmək istəyir. Belə olan halda az qala hər bir kəndin, şəhərin, qəsəbənin nəzarətə alınmasını İlham Əliyevin gərək sosial şəbəkə, gərəksə də televiziya vasitəsilə xalqa çatdırması onun mükəmməl siyasi ideoloq olmasının xəbərçisidir. Belə olan halda xalqda artıq ilk günlərdən bu müharibənin nəticəsinin nə olacağına dair bir şübhə qalmırdı. Artıq Cənubi Qafqazda ərazi problemini həll etmiş, ideal ordu sisteminə malik, güclü Azərbaycan var".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 632   Tarix: 06 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr