"Azərbaycan xalqı 44 günlük zəfər yolunda öz birliyini, mübarizliyini, dönməzliyini sübuta yetirmiş oldu" - Emin Tarverdiyev

"Azərbaycan xalqı 44 günlük zəfər yolunda öz birliyini, mübarizliyini, dönməzliyini sübuta yetirmiş oldu" - Emin Tarverdiyev27 sentyabr 2020-ci il - Azərbaycan, o cümlədən dünya hərb tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı zəfərimizin başladığı gündür. Vətən müharibəsi, "Dəmir yumruq" əməliyyatı, İkinci Qarabağ savaşı kimi də adlandırılan bu 44 günlük şanlı zəfər tarixindən artıq iki il ötür…

Düşmən işğal etdiyi torpaqlarımızda 30 il ərzində bərkimiş, Ohonyan səddi çəkmiş, hətta özünə o qədər arxayın olmuşdu ki, növbəti müharibədə Bakıda oturacağını düşünürdü.

Buna görə də, dəfələrlə atəşkəsi pozur, cəbhədə təxribat yaratmağa çalışırdı.

Nəhayət, o gün - 27 sentyabr Azərbaycan Respublikası Prezidenti, Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan silahlı qüvvələri Ermənistanın ardıcıl təxribatlarına qarşı qəti addımlar atdı. Sanki illər, qərinələr, əsrlər çarpışırdı 44 günün içində. Dünya xəritəsində ərazicə kiçik, amma mövqeyinə görə dünyanın ən əhəmiyyətli coğrafiyasında yerləşən Azərbaycan dövləti bütun dünyaya əsl döyüşün, rəşadətli ordusunun gücü ilə düşmənin necə məğlub edildiyini göstərdi. O gücü ki, heç bir beynəlxalq təşkilat, heç bir bəyanat və danışıqlar vasitəsilə 30 il ərzində həll olunmayan məsələlər 44 gündə həll olundu. Beynəlxalq aləmin müşkülə çevirdiyi Qarabağ problemi beynəlxalq güclərin gözü qarşısında Azərbaycan ordusunun gücü ilə həll olundu.

Necə güclü, necə qüdrətli dövlətimiz var imiş, necə əzmkar, necə vətənpərvər, mərd ürəkli, igid xalqımız var imiş, sözlərdə deyil əməllərdə gördük və bir daha əmin olduq ki, tariximiz boyu böyük qələbələr qazanan Ordumuzun gücü nəyə qadirdir. Hər gün yeni bir zəfəri daddırdı bizə. Dağlıq Qarabağ daxil olmaqla işğal altında olan ətraf rayonların bir - bir düşmən tapdağından azad olunması tariximizin ən parlaq səhifəsinə, xalqımızın qürur mənbəyinə çevrildi. Torpaqlarımızdan ayrı qaldığımız 30 ilin nisgili, ağrı-acısı vulkan olub 44 gündə püskürdü və bu vulkandan çıxan od-alov düşməni yandırdı.

Son illərdə gərginləşən vəziyyət düşmən ilə hesablaşmaq vaxtı çatdığını aşkar göstərirdi, belə ki, 2016-cı il aprel döyüşləri 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra baş vermiş ən şiddətli döyüşlər idi. Döyüşlər böyük zəfərin başlanğıcı kimi Azərbaycan ordusunun qələbəsi ilə nəticələndi. Bundan sonra Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin rəsmilərinin iştirakı ilə Vyanada görüşdülər. Daha sonra isə Rusiya prezidentinin də iştirakı ilə Sankt-Peterburqda üçtərəfli danışıqlar keçirildi. Azərbaycan bir daha bəyan etdi ki, sülh yolunun tərəfdarıdır, lakin lazım gəlsə bütün gücünü və əzmini göstərmək iqtidarındadır.

Aprel döyüşlərindən 4 il sonra 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər baş verdi. Ermənistan ordusu artilleriya, iriçaplı silahlar və minaatanlardan istifadə etməklə Tovuz rayonu istiqamətindəki mövqelərimizə hücum etdi. Azərbaycanın qüdrətli ordusu tərəfindən düşmənin xain hücumunun qarşısı alındı və işğalçılara ağır zərbə endirildi. Həmin döyüşlər zamanı 1 nəfər mülki vətəndaşımız həlak oldu, general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də daxil olmaqla böyük şücaət göstərən 12 hərbçimiz şəhidlik zirvəsinə yüksəldi. Bu, bir daha sübut etdi ki, qüdrətli ordumuzun yüksək rütbəli zabitləri əsgər arxasında gizlənmir, döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Qələbə ilə yekunlaşan 5 günlük Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunmasına yol açdı. Bu döyüşlər şanlı qələbə üçün bir qığılcım rolunu oynadı...

Biz bu döyüşlərdən sonra Bakıda başladılan - səngərlərin şin ilə bərkidilməsinə aksiyasına dəstək olaraq, hər gün dostlarla birgə bu işdə əlimizdən gələni etməyə çalısdıq. Bundan əlavə, hələ pandemiyanın qızğın çağında dostlarla birgə 1992-ci ildə Ağdərədə şəhid olmuş İsmayıl Şərbətovun ailəsi yaşayan evi köklü şəkildə təmir etdirməyi bacardıq.

Haqq savaşımız dövründə Ali Baş Komandan, Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə kimi deyil, diplomatik sferada da hünər və cəsarət sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsi olmaqla, dahi lider kimi mübarizlik rəmzinə çevrildi.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Azərbaycan əsgəri yüksək qəhrəmanlıq, vətənpərvərlik, döyüş əzmi, fiziki güc və iradə nümayiş etdirərək, yüngül silahlarla, əlbəyaxa döyüşlərlə düşməni məhv etdi.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Şuşanı düşməndən azad edən Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev, ilk növbədə, fiziki-mənəvi və siyasi sələfi – ulu öndər Heydər Əliyevin vəsiyyətini gerçəkləşdirdi. Beləliklə, ata vəsiyyəti, oğul qətiyyəti, xalq-lider birliyi Şuşanın tarixi qurtuluşunu şərtləndirdi. Xalqımız Prezident İlham Əliyevin dilindən Şuşanın azad olunması xəbərini eşidərək, həmin günlərdə ən xoşbəxt, unudulmaz anlarından birini yaşadı. Şuşanın azad olunması Azərbaycan müasir tarixinə ən şanlı səhifələrdən biri kimi yazıldı. Milli birlik, dəyanət və ləyaqət rəmzinə çevrilən Şuşa şəhəri xalqımızın tarixini, mədəniyyətini, ruhunu ifadə edir. Şuşanın azad edilməsi həm də "Dəmir yumruq" əməliyyatının zirvə nöqtəsi idi.

2022-ci ilin "Şuşa ili" elan edilməsi, ilk növbədə, ulu öndər Heydər Əliyevin "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" tezisinin real həyata transferidir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin regionda ən abad və müasir zonaya çevriləcəyini ilk gündən qətiyyətlə bəyan etmiş Prezident İlham Əliyevin rəhbərliyi ilə postmüharibə mərhələsində həyata keçirilən kompleks tədbirlər sistemli və ardıcıl xarak­ter daşıyır.

Pandemiya vaxtına təsadüf etməsinə baxmayaraq xalqımız həmin günlərdə öz müzəffər ordusuna dayaq durdu, "Xalq-prezident", "Xalq-ordu" birliyi öz əksini cəbhədə tapdı. Balaca məktəblisindən, ağsaqqal, ağbirçəyinə qədər hər kəs öz üzərinə düşən sosial vəzifəni yerinə yetirmək üçün can atdı...

Biz də öz növbəmizdə dostlarımızla birgə arxa cəbhədə yaradılan orduya çevrildik. Ön cəbhədə savaşan qardaşlarımızın hər cürə ehtiyaclarının qarşılanması üçün ətrafımızda olan bütun insanlarla kontaktda olduq. Bizim bir məqsədimiz var idi: Qələbələrə imza atan əsgərlərimizin hər bir ehtiyacının qarşılanması...

Arxada cəbhə üçün lazım olan hər hansı bir ləvazimat həmin an yığılaraq ön cəbhəyə göndərilirdi. Düşmənə qarşı müdafiə xətti qurmaq üçün təkər yığıb cəbhəyə göndərən gənclər, yeşiklərlə meyvə göndərən atalar, yemək bişirib əsgərlərə göndərən analar, əsgərimizə döyüş ruhu verən məktəbli məktubları, yaşlılarımızın duaları bu xalqın böyüklüyünün bariz nümunəsi idi. Azərbaycan xalqı 44 günlük zəfər yolunda öz birliyini, mübarizliyini, dönməzliyini sübuta yetirmiş oldu. İgid oğullarımız döyüşə getmək, Vətəni düşməndən qorumaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bütün rayon bölmələrinin qarşısında hazır dayanmışdılar. Arxada cəbhə üçün lazım bütün addımları birlik olaraq həll etməyə çalışan insanların da bu qələbədə böyük payı oldu.
Könüllü şəxslərin - dostlarımızın dəstəyi ilə işğaldan azad olunmuş Füzulidən Zəngilanın sonuncu sərhəd zastavasınadək 16 sanuzel qovşağı tərəfimizdən təmir olunub əsgərlərin ixtiyarına verildi. Mütəmadi qaydada əsgərlərimiz ehtiyac olan tibbi yardım, ərzaq, siqaret və bu kimi digər ləvazimatlar ilə təmin edildi. 44 gün ərzində hər kəs əlindən gələn köməyi özünə borc bildi. Müharibə bitdikdən sonra da bu kimi dəstək yönümlü addımlar tərəfimizdən davam etdirildi...

"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi 44 günlük Zəfər bayramının şəhid olmuş memarlarının xatirəsinə ehtiram əlaməti olaraq Tərtər rayon Şıxarx qəsəbəsində şəhidlərin "Vətən Bağı " Şəhidlər Parkı saldı. Bu parkdakı hər bir ağac bir şəhidimizin adını daşıyır.

Böyük zəfərlər böyük qurbanlar bahasına əldə edilir, bu 2 il ərzində torpaq uğrunda can qoyan oğulların ailələri ilə sıx əlaqə saxlayıb onlara da birlik olaraq dəstək olmağı özümüzə borc bilmişik. Qazilərlə görüşlərimiz, şəhidlərin anım tədbirlərində iştirak, bu gün də birliyimiz tərəfindən davam etdirilir.
Nə qədər bu xalq, bu Vətən olacaqsa, bu xidmətdən qürur duyacağıq!

Hörmətlə Emin Tarverdiyev
"Vətən Bağı" STİB-in sədri


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 662   Tarix: 06 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr