"Azərbaycan bu qələbə ilə dünyaya güclü xalq olduğunu nümayiş etdirib"- Musa Musayev
"44 günlük savaşda qazanılan qələbə Azərbaycanın qürurunun geri qaytarılması idi. Bu qələbədə Prezidentin, Azərbaycan Ordusunun və bütövlükdə xalqın böyük rolu var".
Bu sözləri Sonxeber.az-a keçmiş icra başçısı Musa Musayev 44 günlük Qarabağ müharibəsindəki əldə olunan qələbədən danışarkən bildirib.
Musa Musayev qeyd edib ki, müharibə ərəfəsində iqtidarlı-müxalifətli hər kəs Prezident İlham Əliyevin birləşdi:
"Prezident həm də bu müharibədə birləşdirici rol oynadı. Azərbaycan Ordusuna hücum əmri verməklə həm torpaqlarımızın işğaldan azad olunmasını təmin etdi, həm də milli birliyə nail oldu. Məhz onun bu siyasəti nəticəsində biz qısa müddətdə torpaqlarımızı işğaldan azad edə bildik. Bu gün Şuşada, Laçında, Kəlbəcərdə, Qubadlıda, Füzulidə, Cəbrayılda, Ağdamda, Hadrutda Azərbaycan bayrağı dalğalanır. İndi Qarabağda əsas söz sahibi Azərbaycandır".
Keçmiş icra başçısı əlavə edib ki, Azərbaycan bu qələbə ilə dünyaya güclü xalq olduğunu nümayiş etdirib:
"Bayaq dediyim kimi, bu qələbə bizim qürurumuzu geri qaytardı və biz göstərdik ki, güclü xalqıq. Qürurumuz uğrunda canımızı verərik. Bu böyük qələbədir.
Azərbaycan həm də bu müharibə ilə göstərdi ki, Ermənistanda fərqli olaraq o yalnız torpaqlarını işğaldan azad etmək istəyir. Ermənilər kimi etnik təmizləmə aparmır. Müharibə vaxtı dəfələrlə Qarabağda yaşayan ermənilərə müraciət edildi ki, hədəf mülki vətəndaşlar deyil. Ermənistan müharibə vaxtı konflikt zonasında kənara - Bərdəyə, Gəncəyə raket atdı. Mülki vətəndaşları, mülki obyektləri hədəfə aldı. Amma Azərbaycan bircə dəfə də mülki vətəndaşlara qarşı belə bir addım atmadı".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 456 Tarix: 06 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabr