Qarabağdakı zəfər Rusiyadan necə görünür? - VİDEO

Qarabağdakı zəfər Rusiyadan necə görünür? - VİDEOAzərbaycan bu gün təkcə Cənubi Qafqazda deyil, həm də ümumilikdə dünya arenasında başlıca geosiyasi iştirakçıdır. Bu məsələdə, əlbəttə, lider çox vacibdir.

Rusiyanın "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyir ki, Azərbaycanın başında Prezident İlham Əliyev kimi güclü, effektiv və məsuliyyətli rəhbər dayanır:

"O, onilliklərlə dondurulmuş məsələni 44 günə həll edə bildi və bununla göstərdi ki, beynəlxalq hüquq normaları, ərazi bütövlüyü prinsiplərinin zəfər çalması üçün real iradə və potensial, eləcə də siyasi və hərbi imkanlar var.

İki il bundan öncə Azərbaycan əsgəri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşmənə ağır zərbələr vuraraq 30 ilə yaxın davam edən işğala son qoydu. Bununla da Azərbaycan dövləti öz ərazi bütövlüyünün tam təmin edilməsinə nail oldu. 8 Noyabr – Zəfər Günü Azərbaycanın qədim tarixin yeni səhifəsidir".

"Vestnik Qafqaza" İnformasiya Agentliyinin baş analitiki Andrey Petrov qeyd edib ki, noyabrın 8-də Ermənistanın işğalçı qüvvələrinin məğlubedilməzliyi, bu torpaqların həmişə Ermənistanın işğalı altında qalacağı haqqında miflər darmadağın edildi və əsl həqiqət üzə çıxdı.

"Məlum oldu ki, Azərbaycan bütün bu illər ərzində istənilən vaxt öz torpaqlarını azad edə bilərdi, lakin ölkə rəhbərliyi diplomatiya yolu ilə irəliləməyə üstünlük verib və diplomatik yolun qeyri-mümkün olduğu məlum olduqda, Ermənistanın Azərbaycanın yeni ərazilərini işğal etmək niyyətində olması aydın olanda, Azərbaycan əks hücuma keçərək 44 gün ərzində torpaqlarını azad etdi. Bununla da Azərbaycan öz suverenliyini qorudu, ərazi bütövlüyünü bərpa etdi və bu səbəbdən də 8 noyabr Azərbaycan tarixində Azərbaycanın suverenliyinin həqiqətən bərqərar olduğu və qorunduğu əsas bayramlardan biridir", - deyə o əlavə edib.

Ötən 30 il ərzində Azərbaycan rəhbərliyi bütün danışıqlarda qətiyyətli, prinsipial mövqe nümayiş etdirdi, ölkəsinin mövqeyini getdikcə daha da möhkəmləndirdi. Azərbaycan Prezidenti münaqişənin sülh və diplomatiya, danışıqlar yolu ilə həllinin tərəfdarı idi. Lakin iki il öncə münaqişənin sülh yolu ilə həll olmayacağı və Ermənistanın yeni işğalçılıq siyasətinə başlamaq niyyətində olduğu məlum oldu. Azərbaycanın isə əks-hücumu qaçılmaz idi.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1387   Tarix: 08 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr