Ərdoğan: "İrəvanın Laçın və Zəngəzurla bağlı addımları münasibətlərimizi müsbət istiqamətdə dəyişər" - VİDEO
"Ermənistanla son dəfə Praqada müzakirələrimiz olub. Onlara açıq şəkildə bunu dedik: Əgər siz Azərbaycanla münasibətləri müsbət istiqamətdə davam etdirsəniz, Türkiyə olaraq bizim Ermənistanla əlaqələrimiz bu yöndə davam edəcək. Sizdən bunu gözləyirik".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfərindən əvvəl keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu həm geniş, həm də nümayəndə heyətləri arasındakı görüşlərdə Ermənistan tərəfinə çatdırılıb.
Ermənistanla münasibətlərin normallaşması prosesinə gəlincə isə hələ ki, bu mərhələyə gəlinmədiyini bildirib.
"Çünki istər Fransada, istərsə ABŞ-da olan erməni diasporları bu prosesin əleyhinə işləyirlər. Bu mənfiliyi müsbətə dəyişdirə biləcək olan, şübhəsiz, Ermənistan hökumətidir. Bunu bacararlarsa, bizim də baxışımız müsbət yöndə dəyişər", - deyə o bildirib.
Türkiyə lideri, ümumiyyətlə, düşmən deyil, dost qazanmağa çalışdıqlarını vurğulayıb.
"Ermənistan hökuməti bunu bacararsa, həmçinin istər Laçın, istər Zəngəzur məsələlərində Azərbaycanla bağlı atacağı addımlar bizim addımları müsbət istiqamətdə dəyişər", - deyə R.T.Ərdoğan sözlərini yekunlaşdırıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1591 Tarix: 10 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha
29 avqust 2021Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə
7 sentyabr 2021Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO
Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün
15 sentyabr 2021Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur
Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl
8 sentyabr 2021"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA
İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların
3 sentyabr 2021Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM
Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B
15 sentyabr 2021Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd
16 sentyabr 2021Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"
4 sentyabr 2021