Diananın sevdiyi tək kişi Həsnət Xan kimdir?

Diananın sevdiyi tək kişi Həsnət Xan kimdir?Şahzadə Diananın yaxın ətrafı və sevənləri tərəfindən həyatının eşqi olaraq bilinən ürək cərrahı Həsnət Xan 25 illik səssizliyini ötən aylarda pozub.

Onlar Diana və Çarlzın evliliyi sona çatmaq üzrəykən tanış olublar. Bəs Diananın hər şeyi qurban verəcək qədər sevdiyi Həsnət Xan kim idi, böyük sevgi niyə bitdi?

OLAY Diana və Həsnət Xan haqda az adamın bildiyi məlumatları təqdim edir:

Həsnət Xan 1958-ci ildə anadan olmuş pakistanlı ürək-damar cərrahı olub. Diana ilə 1995-ci ilin sentyabrında Londonda xəstəxanada tanış olublar. Diana ürək əməliyyatı keçirən bir dostunu ziyarətə gəlmiş və beləcə Həsnət ilə tanış olmuşdu. Dostlarının dediyinə görə, Diana onu görər-görməz aşiq olmuş və 3 həftə ərzində xəstəxananı müxtəlif bəhanələrlə ziyarət etmişdi.

Onlar münasibətlərinin başından bəri eşqlərini gizli tutmağa çalışıblar. Bu məxfiliyin əsas səbəbi isə Həsnətin Diananın sahib olduğu şöhrət aləminə girmək istəməməsi ilə izah olunub. Həsnət onların münasibətinin davam etməyəcəyini düşünsə də, Diana özünü hər cür fədakarlığa hazır hiss edirdi.

Diananın övladları Uilyam və Harri ilə tanış olan Həsnət uşaqlar tərəfindən çox sevilib. Xüsusən də Uilyamın Həsnətin cərrah olması ilə maraqlanaraq tibbi suallar verməsi onlar arasında fərqli bir əlaqə yaratmışdı.

Dostları Diananın Həsnətə dəlicəsinə aşiq olduğunu və Pakistana köçüb evlənmək istədiklərini bildirib. Pakistana gedən və ölümündən bir il öncə 1996-cı ilin mayında Həsnətin ailəsiylə tanış olan Diana təssüf ki, onun sərt və mühafizəkar ailəsindən razılıq ala bilməyib. Daha sonra Diananın Həsnətə münasibətlərini bütün dünyaya açıqlamaq mövzusunda təzyiq göstərməsi cütlüyün iki illik əlaqəsini sonlandırıb. Həsnət ilə ayrılığından sonra Diana Dodi El-Fayed ilə romantik bir münasibətə başlamış, lakin faciəvi avtomobil qəzası onların hər ikisinin sonu olmuşdu.

Bu gün belə bir çoxu Diananın bunu sadəcə Həsnəti qısqandırmaq üçün etdiyini deyir. Onun ölümündən uzun illər sonra Həsnətin verdiyi müsahibədə "Əgər ona barışmaq istədiyimi desəydim, ilk təyyarə ilə Fransadan yanıma gələrdi", - deyə bildirməsi də bunu dəstəkləyir.

Şayiələrə görə, Diana Parisdə sonuncu dəfə Həsnətə zəng vurub, lakin qarşı tərəfin telefona cavab verməməsi ilə son ümidini də itirib.

Kral yazıçısı İnqrid Syuard bildirir ki, bu əsl sevgi hekayəsi idi. O, həqiqətən Həsnətlə evlənmək və bir qız övladı dünyaya gətirmək istəyirdi.

Xan Diananın ölümü ilə dərin bir sükuta qərq olur. Qəzetlərin və nəşrlərin israrına baxmayacaq, o, bu hekayəni heç kimlə paylaşmaq istəmir. Uzun illər İngiltərədə ürək cərrahı olaraq çalışdıqdan sonra ailəsiylə Pakitandakı evinə qayıdır.

Həsnəf 2006-cı ildə ailəsinin təzyiqi ilə Pakistanın tanınmış ailələrindən birinin 20 yaşlı qızı Hadia Şer Əli ilə evlənir. İki ildən az bir müddətdə münasibətlərinin davam edə bilməyəcəklərini düşündükləri üçün bu evlilik boşanma ilə başa çatır.

Həsnət Diana ilə münasibətlərinin bəzi təfərrüatlarını açıqlasa da, ikisinin niyə ayrıldığını heç vaxt tam oaraq demir. "Bağışlayın, amma bu haqda danışa bilmərəm", - deyə o, qeyd edib.

Kim bilir, bəlkə də bütün həqiqətləri söyləməyə cəsarət edənlər bir gün üzə çıxacaq və bütün dünyanın heyran qaldığı gözəl ruhlu Diana ilə bağlı qeyri-müəyyənlik cavab tapacaq…

Diananın sevdiyi tək kişi Həsnət Xan kimdir?Diananın sevdiyi tək kişi Həsnət Xan kimdir?Diananın sevdiyi tək kişi Həsnət Xan kimdir?


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2396   Tarix: 11 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ hərbçiləri heyət üzvlərini təxliyə etdikdən sonra Oman körfəzində İrana məxsus gəmini məhv ediblər

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X paylaşımında ABŞ ordusunun çərşənbə günü Oman körfəzində İrana məxsus bir hərbi gəmini məhv etdiyi bildirilir. The Jerusalem Post-a istinadən xəbər verir ki, CENTCOM-un məlumatına görə, gəmi "Oman körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini müşahid

15 oktyabr
.

ABŞ-İran müharibəsi ilə bağlı son vəziyyət: Vaşinqton yeni zərbə variantlarını nəzərdən keçirir

ABŞ ilə İran arasında hərbi qarşıdurma və diplomatik təmaslar beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Vaşinqtonun mümkün hərbi əməliyyatlarla bağlı variantları nəzərdən keçirməsi, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi və Tehranla danışıqların taleyi regiondakı vəziyyətə təsir edə

16 oktyabr
.

İrana qarşı yeni sanksiyalar elan etdilər

ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli 16 şəxs və 10 qurumu sanksiya siyahısına daxil edib. Məhdudiyyətlərin İranın beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmağa yönəldiyi bildirilib. Bizim.Media xəbər verir ki, nazirliyin açıqlamasına görə, "İqtisadi Təcrid Əməliyyatı" çərçivəsind

16 oktyabr
.

Belçika Ukraynaya 10 ədəd "F-16" qırıcısı ötürəcək

Belçika 2026-cı ilin sonunadək Ukraynaya 10 ədəd "F-16" qırıcı təyyarəsi təhvil vermək niyyətindədir. TASS-ın məlumatına görə, bu barədə Belçikanın Baş naziri Bart De Vever Brüsseldə keçirilən Aİ sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşünün yekunlarına dair açıqlamasında bildirib

16 oktyabr
.

Yaponiya Rusiyanın casusluq iddialarını rədd etdi

Yaponiyanın Baş naziri Sanae Takaiçi Rusiyada fəaliyyət göstərən yapon jurnalistin casusluq şübhəsi ilə saxlanılmasından sonra Tokionun bu ölkədə casusluq fəaliyyəti həyata keçirməsi ilə bağlı iddiaları rədd edib. xarici mətbuata istinadən xəbər verir ki, "Jiji Press"in məlumatına görə, "Hokkayd

15 oktyabr
.

Zelenski Britaniyada səfərdədir

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyada səfərdədir. "Report" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Artıq komanda ilə birlikdə Britaniyadayıq. Bu gün Kral II Çarlzla qəbul planlaşdırılıb. Həmçinin Baş nazir Endi Börnheml

14 oktyabr
.

CNN: "ABŞ İrana qarşı "bütün bombaların anası"ndan istifadə etməyi nəzərdən keçirir"

ABŞ ordusu prezident Donald Trampın hərbi əməliyyatların bərpası barədə göstəriş verəcəyi təqdirdə İranda enerji infrastrukturu və nüvə obyektlərinə zərbələr endirmək üçün yeni planlar hazırlayıb. CNN-in ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, bu planlara "bütün bombaların anası" adlandırıla

15 oktyabr
.

Almazın yeni "qohumu" kəşf edildi

Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini

15 oktyabr
.

Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər

1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu

14 oktyabr