Niyə Yaponiyada "çayevoy" verməməlisiniz? - Turistlərin ən çox etdiyi SƏHVLƏR - FOTO

Niyə Yaponiyada "çayevoy" verməməlisiniz? - Turistlərin ən çox etdiyi SƏHVLƏR - FOTOHər bir ölkənin bəxşiş verməklə bağlı öz adətləri var. Bəzi ölkələrdə bəxşiş vermək ənənə ola bilər, lakin Yaponiyaya gəldikdə, yalnız bir qayda var: "çayevoy" verməyin!

BAKU.WS Haber Türk-ə istinadən Yaponiyanın maraqlı bəxşiş ənənəsini və turistlərin bilməli olduğu əsas məqamları təqdim edir:

"Yaponiyada bəxşişə ehtiyac yoxdur", - deyə Oku Japan turizm şirkətinin idarəedici direktoru Hiroşi Kavaquçi bildirir.

"Şimali Amerikadan fərqli olaraq, burada restoran işçiləri dolanmaq üçün "çayevoy"a ehtiyac duymurlar. Yaponiyada xidmət işi çox vaxt nümunəvidir, bəxşiş vermək çaşqınlıq yaradır. Ona görə də çox güman ki, işçilər nəzakətlə bəxşişdən imtina edəcək".

Bəxşiş verməyə çalışmaq ətrafınızdakı hər kəsi - sizi, işçiləri və yaxınlıqdakı insanları qəribə vəziyyətə qoyacaq. Daha da pisi odur ki, "çayevoy" vermək restorana qarşı təhqir kimi qəbul edilə bilər. Kavaquçinin sözlərinə görə, bunun əvəzinə, səbirli davranın, işçilərə hörmətlə yanaşın, yeməyi bitirdikdən sonra "arigatou gozaimasu" (təşəkkürlər) və ya "qochisousama deshita" (yemək üçün təşəkkürlər) deyin. Qərb ziyarətçilərinə nə qədər qəribə görünsə də, burada xidmət işçilərinin qazancları bəxşiş mədəniyyəti olan ölkələrdən daha yaxşıdır. Bu səbəbdən onlara qarşı həssas davranmağa və bəxşişə təşviq etməyə ehtiyac yoxdur.
Niyə Yaponiyada "çayevoy" verməməlisiniz? - Turistlərin ən çox etdiyi SƏHVLƏR - FOTOYaponiyanın ənənəvi biznes mədəniyyəti üzrə ekspert Aleks Bradşav deyir ki, "Yaxşı xidmət burada standartdır. Yaponların qonaqpərvərlik ruhu, müştərilər ehtiyaclarını dilə gətirməzdən əvvəl onu təxmin etməyə çalışır."

Bəs Yaponiyada bəxşiş nə zaman qəbul ediləndir?

Əgər bələdçili turdasınızsa bu zaman xidmət haqqının 10%-i qədər bəxşiş məqbuldur. Lakin nəğd pulu təhvil vermək əvəzinə, "şuqi bukuro" adlı pul zərflərinə qoymaq lazımdır. Yüksək səviyyəli Avropa restoran və mehmanxanalarında da fakturada aydın şəkildə qeyd olunmuş 10-15% xidmət haqqı qeyd oluna bilər.
Niyə Yaponiyada "çayevoy" verməməlisiniz? - Turistlərin ən çox etdiyi SƏHVLƏR - FOTOBaxmayaraq ki, texniki baxımdan bu, verməyi könüllü şəkildə istədiyiniz bəxşiş deyil. Ancaq, bəzi restoranlar istəsəniz də, istəməsəniz də, ilk dəfə oturduğunuz zaman hesaba servis haqqını əlavə edirlər.

Yaponiyada nahar edərkən nəzərə alınmalı olan digər restoran qaydaları:

"Yapon nəzakət qaydalarından xəbərsiz olan turistlərin səhvləri başa düşülsə də, səhv başa düşülə biləcək bir neçə şeyi yadda saxlamaq lazımdır" - Kavaquçi deyir.

Burada rezervasiyanı ləğv etmək və ya xəbərdarlıq etmədən gəlməmək son dərəcə kobudluq sayılır. Kavaquçi həmçinin söyləyir ki, suşi və ya düyü yeməklərinin üzərinə soya sousu tökməkdən çəkinin. Çünki onlar bunun yeməyin təbii dadını gizlətdiyini düşünür. Sizə verilən nəm dəsmaldan da düzgün istifadə etməlisiniz. Bu, yeməkdən əvvəl əllərinizi təmizləmək üçündür. Nəhayət, ödəmə vaxtı gəldikdə, pulunuzu düzgün yerə qoyduğunuzdan əmin olun.
Niyə Yaponiyada "çayevoy" verməməlisiniz? - Turistlərin ən çox etdiyi SƏHVLƏR - FOTOYaponiyada turistlərin ən böyük səhvlərindən biri:

Yaponiyada pul və ya kredit kartları insanlara birbaşa verilmir. Ödənişlərinizi sadəcə qarşınızdakı nimçədə qoya bilərsiniz.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 981   Tarix: 12 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İspaniya və İtaliya arasında sərhəd nəzarəti ləğv edilir

İspaniya və İtaliya Seuta şəhərində qanunsuz miqrant axını böhranı fonunda tətbiq edilən liman və hava limanlarındakı nəzarət tədbirlərinin əlaqələndirilmiş şəkildə dayandırılması barədə razılığa gəliblər. Bu barədə "El Pais" qəzeti Brüsseldə hər iki ölkənin nümayəndə heyətlərindəki mənbələr

16 oktyabr
.

Niderland Aİ ölkələrini Ukraynaya dəstəyi gücləndirməyə çağırıb

Niderlandın Baş naziri Rob Yetten Avropa İttifaqının (Aİ) liderlərini Ukraynaya dəstəyi gücləndirməyə çağırıb. "Report"un "İnterfaks-Ukrayna"ya istinadən verdiyi xəbərə görə, o, bunu Aİ Şurasının ikigünlük iclasında jurnalistlərə bəyan edib. "Bütün Avropa liderlərini maliyyə

15 oktyabr
.

CNN: "ABŞ İrana qarşı "bütün bombaların anası"ndan istifadə etməyi nəzərdən keçirir"

ABŞ ordusu prezident Donald Trampın hərbi əməliyyatların bərpası barədə göstəriş verəcəyi təqdirdə İranda enerji infrastrukturu və nüvə obyektlərinə zərbələr endirmək üçün yeni planlar hazırlayıb. CNN-in ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, bu planlara "bütün bombaların anası" adlandırıla

15 oktyabr
.

Batareyaların ömrünü uzadan ucuz üsul tapıldı: Cəmi 25 faiz dəmir kifayət edir

Hindistan alimləri sink-ion batareyalarının daha səmərəli və uzunömürlü olması üçün ucuz üsul hazırlayıblar. Tədqiqat göstərib ki, batareyanın katod materialında vanadium atomlarının 25 faizinin dəmirlə əvəzlənməsi enerji tutumunu, sürətli enerji ötürmə qabiliyyətini və dövrlər üzrə dayanıqlığını artırır

16 oktyabr
.

Çinin "Zhuque-2E Y4" daşıyıcı raketi orbitə 10 peyk buraxıb

Çinin CGTN televiziya kanalı bildirib ki, Çin Yer səthini izləmək və peyk internet şəbəkəsi yaratmaq üçün orbitə 10 peyk buraxıb. xəbər verir ki, Zhuque-2E Y4 daşıyıcı raketinin buraxılışı ölkənin şimal-qərbindəki Jiuzhaigou Kosmik Stansiyasının yaxınlığındakı Dongfeng Kommersiya Kosmik İnnovasiya Sına

15 oktyabr
.

Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxdılar - FOTO

Böyük Britaniya Şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl ölkəyə qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimai tədbirdə iştirak ediblər. Bizim.Media BBC-yə istinadla xəbər verir ki, Sasseks hersoqu və hersoginyası İngiltərənin Nottingem şəhərinə səfər ediblər. Cütlük şəhərdə yüzlərlə insan tərəfində

15 oktyabr
.

Meksika sahillərinə qasırğa yaxınlaşır: küləyin sürəti saatda 195 kilometrə çatıb

Sakit okeanda formalaşan "Trudi" qasırğası güclənərək üçüncü kateqoriyaya çatıb. ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, küləyin sürəti saatda 195 kilometrə yüksəlib və qasırğa Meksikanın cənub-qərb sahillərinə doğru hərəkət edir. Məlumata əsasən, qasırğa səhər saatlarında Akapulko şəhərində

16 oktyabr
.

Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər

1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu

14 oktyabr
.

Böyük Britaniyanın maliyyə naziri Rusiya gəmiçiliyinə qarşı sanksiyaları sərtləşdirməyə çağırır

Böyük Britaniyanın maliyyə naziri Con Heli cümə axşamı günü Beynəlxalq Valyuta Fondunun (BVF) Banqkokda keçiriləcək illik toplantısında xarici həmkarları ilə görüşməyə hazırlaşarkən digər ölkələri Rusiya ilə əlaqəli gəmiçiliklə bağlı sanksiyaları sərtləşdirməyə çağırıb. France 24-ə istinadən xəbər veri

15 oktyabr