Zelenski istədiyini əldə etdi - RƏSMƏN AÇIQLADILAR

Zelenski istədiyini əldə etdi - RƏSMƏN AÇIQLADILARPentaqon ABŞ istehsalı olan 4 Avenger hava hücumundan müdafiə sisteminin mülki ərazilər üçün qoruyucu şəbəkə yaratmaq məqsədilə Ukraynaya göndərildiyini açıqlayıb.

Ukraynaya 400 milyon dollarlıq hərbi yardım çərçivəsində ABŞ ordusunun inventarından göndərilən bu sistemlər qısamənzilli hava hücumundan müdafiə sistemləri kimi tanınır.

Humvee avtomobilinə quraşdırılmış Avenger infraqırmızı kamera, optik nişangah, lazer məsafəölçənlə təchiz edilib və 8 km-ə qədər hədəf ala bilir.

Yüksək tutumlu hava hücumundan müdafiə sistemləri Vaşinqtondakı Ağ Evi qorumaq üçün istifadə olunan sistemlərə bənzəyir.

Məlumata görə, Ukraynaya bu yardım Amerikanın hava hücumundan müdafiə imkanlarının azalması ilə bağlı narahatlıqlarını ifadə edən ABŞ müdafiə ekspertləri arasında mübahisələrə səbəb olub.

Qeyd edək ki, Rusiya hava hücumları indiyədək Ukrayna üçün həyati əhəmiyyət kəsb edən obyektlərin üçdə birini məhv edib. Ukrayna infrastrukturunun bir aydan çoxdur ki, ağır hücumlara məruz qaldığını bildirən prezident Volodomir Zelenski hər fürsətdə Qərb müttəfiqlərindən hava hücumundan müdafiə sistemi tələb edir.

Pentaqonun sözçüsü Sabrina Sinq Avenger sistemlərinin çatdırılması ilə bağlı verdiyi açıqlamada bildirib ki, hava hücumundan müdafiə sistemi Ukraynaya kritik infrastrukturu qorumaq imkanı verəcək.

ABŞ-ın 400 milyon dollarlıq paketinə daxil olan hərbi yardımlar belədir:

-HAWK hava hücumundan müdafiə sistemləri üçün raketlər

-4 Avenger Hava Hücumundan Müdafiə Sistemi

-192 Stinger raketləri

-Yüksək Mobil Artilleriya Raket Sistemləri (HIMARS) üçün əlavə sursat

-21 min 155 mm-lik artilleriya mərmisi

-500 dəqiq idarə olunan 155 mm-lik artilleriya mərmisi

-10 min 120 mm minaatan mərmiləri

-100 Yüksək Hərəkətli Çox Məqsədli Təkərli Avtomobil (HMMWV)

-400 qumbaraatan

-Kiçik silahlar, durbin və 20 milyon atıcı silah sursatı

- Söküntü avadanlığı və soyuq hava üçün geyim. (Musavat)


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 4829   Tarix: 12 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ hərbçiləri heyət üzvlərini təxliyə etdikdən sonra Oman körfəzində İrana məxsus gəmini məhv ediblər

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X paylaşımında ABŞ ordusunun çərşənbə günü Oman körfəzində İrana məxsus bir hərbi gəmini məhv etdiyi bildirilir. The Jerusalem Post-a istinadən xəbər verir ki, CENTCOM-un məlumatına görə, gəmi "Oman körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini müşahid

15 oktyabr
.

ABŞ-İran müharibəsi ilə bağlı son vəziyyət: Vaşinqton yeni zərbə variantlarını nəzərdən keçirir

ABŞ ilə İran arasında hərbi qarşıdurma və diplomatik təmaslar beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Vaşinqtonun mümkün hərbi əməliyyatlarla bağlı variantları nəzərdən keçirməsi, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi və Tehranla danışıqların taleyi regiondakı vəziyyətə təsir edə

16 oktyabr
.

İrana qarşı yeni sanksiyalar elan etdilər

ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli 16 şəxs və 10 qurumu sanksiya siyahısına daxil edib. Məhdudiyyətlərin İranın beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmağa yönəldiyi bildirilib. Bizim.Media xəbər verir ki, nazirliyin açıqlamasına görə, "İqtisadi Təcrid Əməliyyatı" çərçivəsind

16 oktyabr
.

Belçika Ukraynaya 10 ədəd "F-16" qırıcısı ötürəcək

Belçika 2026-cı ilin sonunadək Ukraynaya 10 ədəd "F-16" qırıcı təyyarəsi təhvil vermək niyyətindədir. TASS-ın məlumatına görə, bu barədə Belçikanın Baş naziri Bart De Vever Brüsseldə keçirilən Aİ sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşünün yekunlarına dair açıqlamasında bildirib

16 oktyabr
.

Yaponiya Rusiyanın casusluq iddialarını rədd etdi

Yaponiyanın Baş naziri Sanae Takaiçi Rusiyada fəaliyyət göstərən yapon jurnalistin casusluq şübhəsi ilə saxlanılmasından sonra Tokionun bu ölkədə casusluq fəaliyyəti həyata keçirməsi ilə bağlı iddiaları rədd edib. xarici mətbuata istinadən xəbər verir ki, "Jiji Press"in məlumatına görə, "Hokkayd

15 oktyabr
.

Zelenski Britaniyada səfərdədir

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyada səfərdədir. "Report" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Artıq komanda ilə birlikdə Britaniyadayıq. Bu gün Kral II Çarlzla qəbul planlaşdırılıb. Həmçinin Baş nazir Endi Börnheml

14 oktyabr
.

CNN: "ABŞ İrana qarşı "bütün bombaların anası"ndan istifadə etməyi nəzərdən keçirir"

ABŞ ordusu prezident Donald Trampın hərbi əməliyyatların bərpası barədə göstəriş verəcəyi təqdirdə İranda enerji infrastrukturu və nüvə obyektlərinə zərbələr endirmək üçün yeni planlar hazırlayıb. CNN-in ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, bu planlara "bütün bombaların anası" adlandırıla

15 oktyabr
.

Almazın yeni "qohumu" kəşf edildi

Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini

15 oktyabr
.

Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər

1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu

14 oktyabr