Rusiyanın Polşaya raket atması hansı mesajı verir? - Ekspertdən AÇIQLAMA

Rusiyanın Polşaya raket atması hansı mesajı verir? - Ekspertdən AÇIQLAMA"Rusiya raketlərinin Polşa ərazisinə düşməsini biz, təbii ki, Rusiya-Ukrayna müharibəsi fonunda Ukraynaya dəstək verən ölkələrin bu müharibədəki maraqları fonunda qiymətləndirməliyik. Təbii ki, indi Rusiya tərəfi əgər bunları bilərəkdən etmədiyini demək istəsə belə, bunu Ukrayna üzərinə yönəltməlidirlər".

Bu sözləri BiG.AZ-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev deyib.

Ekspertin sözlərinə görə, Polşaya Rusiya raketinin düşməsinin səbəbi Rusiyanın Polşaya da mesaj vermək istəməsi olub:

"Düşünürəm ki, Rusiya bunu etməklə də NATO-nun reaksiyasını test edir. Biz bilirik ki, Şimali Atlantika alyansına daxil olan ölkələrin Ukraynaya hərbi maliyyə, hərbi-texniki dəstəyi həyata keçirilir və əsas hərbi təminat yolları Polşadan keçir. Əslində bu raketlərin Polşa ərazisinə yönlənməsinin səbəbi Rusiyanın Polşaya da mesaj vermək istəməsi olub. Yəni demək istəyir ki, "əgər siz bu dəstəyi davam etdirəcəksinizsə, sizə də qarşı bu raketləri tətbiq edə bilərik".

İkinci bir variantda isə, Şimali Atlantika alyansına daxil olan ölkələr həmin alyansa daxcxil olan Polşanı müdafiə etsə, Rusiya bunu, təbii ki, Ukrayna üzərinə atacaq, yaxud "yanlışlıqla olub" deyəcək.

Biz Rusiyanın atacaqları raketlərin dəqiq olmadığını, hədəfdən çox uzaq məsafələrə, fərqli hədəflərə gedəcəyini bilirik. Yəni Rusiya raket tətbiqi zamanı bəzən bir hədəfə atdığı halda başqa bir hədəfə düşüb. Ona görə də Şimali Atlantika alyansının müqaviləsində belə bir anlaşma var ki, hər hansı bir ölkənin ərazisinə təhdid və təhlükə yaranarsa, kollektiv cavab verilməlidir.

Rusiya əslində özü də bəyan edir ki, artıq NATO ilə əməliyyatlar fonunda döyüşür. Bu, o deməkdir ki, NATO-ya daxil olan ölkənin ərazisinə Rusiyanın raketinin düşməsi NATO-nun da marağında olacaq. Bunun qarşılığında Ukraynaya verəcəkləri silahların həcmini artıracaqlar.

Ona görə də düşünürəm ki, Rusiyanın bu zərbələri əslində birbaşa Ukrayna qüvvələrinə ciddi müqavimət göstərə bilməməsi səbəbindəndir. Yəni Rusiya istəyir ki, Şimali Atlantika alyansına daxil olan ölkələrin siyasi rəhbərlikləri müharibəni dayandırmaq üçün Ukraynanı məcbur etsinlər. Ukraynanın özündə, Kiyevdə və digər şəhərlərdə elektrik enerjisinin, mülki infrastrukturun bombalanmasının səbəbi budur. Polşaya da raketlərin atılması xüsusən Lvov üzərindəndir, çünki ora Avropadan gələn yolun üzərindən əsas texniki təminat mərkəzidir.

Bununla da Rusiya Ukraynanı elə vəziyyətə gərirməyə çalışır ki, Rusiya Dnepr çayı sahillərində mövqelənsin, müharibəni dayandırsın və artıq diplomatik masada dialoqlara çevrilsin.

Düşünürəm ki, Rusiyanın niyyəti bu olsa belə, qarşısındakı güc Rusiyanın çökməsi, ərazilərinin siyasi, iqtisadi qlobal güc statusundan düşməsi üçün müharibənin davamını itəyəcək. Bu ölkələr bütün maddi və hərbi imkanlarını ortaya qoyacaqlar ki, başlamışkən birdəfəlik Rusiyanın siyasi, hərbi gücünü əlindən alsınlar".

Xatırladaq ki, dünən Rusiyanın Ukraynaya atdığı raketlərdən biri Polşa ərazisinə düşüb. Mərmilər Ukrayna ilə sərhəddə yerləşən Pşevodov kəndindəki fermaya tuş gəlib. Raket zərbələri nəticəsində yerli sakinlərdən iki nəfərin öldüyü bildirilib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1361   Tarix: 16 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İstanbulda leysan davam edir, 2 nəfər öldü - Video

Türkiyənin İstanbul şəhərində davam edən güclü yağışlar həyatı iflic edib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, leysan nəticəsində küçələr, evlər və iş yerləri su altında qalıb, nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Təbii fəlakət nəticəsində iki nəfər həyatın

15 oktyabr
.

Çinin "Zhuque-2E Y4" daşıyıcı raketi orbitə 10 peyk buraxıb

Çinin CGTN televiziya kanalı bildirib ki, Çin Yer səthini izləmək və peyk internet şəbəkəsi yaratmaq üçün orbitə 10 peyk buraxıb. xəbər verir ki, Zhuque-2E Y4 daşıyıcı raketinin buraxılışı ölkənin şimal-qərbindəki Jiuzhaigou Kosmik Stansiyasının yaxınlığındakı Dongfeng Kommersiya Kosmik İnnovasiya Sına

15 oktyabr
.

Rusiya Kiyevi vurdu: ölən və yaralananlar var

Rusiya ordusu Ukraynanın bir neçə şəhərinə, o cümlədən Kiyev, Xarkov və Dneprə raket zərbələri endirib. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, paytaxtın bir neçə enerji obyektinə zərbə vurulub, nəticədə şəhərin sol sahili qismən elektrikdən məhrum olub:. "Qoloseyevsk

14 oktyabr
.

Rus ordusu iki kəndi işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Nefedovka və Çornoye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

15 oktyabr
.

Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar

Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1

15 oktyabr
.

Niderland Aİ ölkələrini Ukraynaya dəstəyi gücləndirməyə çağırıb

Niderlandın Baş naziri Rob Yetten Avropa İttifaqının (Aİ) liderlərini Ukraynaya dəstəyi gücləndirməyə çağırıb. "Report"un "İnterfaks-Ukrayna"ya istinadən verdiyi xəbərə görə, o, bunu Aİ Şurasının ikigünlük iclasında jurnalistlərə bəyan edib. "Bütün Avropa liderlərini maliyyə

15 oktyabr
.

ABŞ-da təyyarə qəzası: ölənlər var

ABŞ-ın Viskonsin ştatının Ridsburq şəhəri yaxınlığındakı meşəlik ərazidə kiçik təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "ABC Nyus" məlumat yayıb. Bildirilib ki, təyyarənin göyərtəsində 6 nəfər olub. Onların hamısı ölüb. Məlumata görə, qəzadan əvvəl pilot 7300 metr hündürlükdə buzlanm

15 oktyabr
.

Böyük Britaniyada Sky şirkətinin ITV-ni satın almasına hökumət müdaxilə edə bilər

Böyük Britaniya hökuməti Sky şirkətinin ITV telekanalının yayım və striminq bölməsini 1,6 milyard funt sterlinqə satın alması planını araşdırmağa hazırlaşır. Mədəniyyət naziri Lisa Nandi sövdələşmənin ictimai maraqlara təsirini qiymətləndirmək üçün müdaxilə edə biləcəyini bildirib. The Guardian-a istinadə

16 oktyabr
.

Meksika sahillərinə qasırğa yaxınlaşır: küləyin sürəti saatda 195 kilometrə çatıb

Sakit okeanda formalaşan "Trudi" qasırğası güclənərək üçüncü kateqoriyaya çatıb. ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, küləyin sürəti saatda 195 kilometrə yüksəlib və qasırğa Meksikanın cənub-qərb sahillərinə doğru hərəkət edir. Məlumata əsasən, qasırğa səhər saatlarında Akapulko şəhərində

16 oktyabr