İstanbulda leysan davam edir, 2 nəfər öldü - Video
Türkiyənin İstanbul şəhərində davam edən güclü yağışlar həyatı iflic edib.
"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, leysan nəticəsində küçələr, evlər və iş yerləri su altında qalıb, nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb.
Təbii fəlakət nəticəsində iki nəfər həyatını itirib. Belə ki, Fatihdə parkda su gölməçəsinə ayağı ilə toxunan 14 yaşlı yeniyetməni cərəyan vurub. Huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma başladılıb.
Bununla yanaşı, Sarıyerdə sel yaranan küçədə yolun qarşı tərəfinə keçməyə çalışan 34 yaşlı şəxs ayağının sürüşməsi nəticəsində yıxılıb. Başı səkiyə dəyən və ayağa qalxa bilməyən şəxs ətrafdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb.
Onu da qeyd edək ki, güclü yağışın davam etməsi ilə əlaqədar şəhər məktəblərində dərslər dayandırılıb, sakinlərə zəruri olmadıqca evdən çıxmamaq tövsiyə olunub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 170 Tarix: 15 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqləyib. Yeni paket çərçivəsində Rusiyanın müdafiə sənayesi ilə əlaqəli olduğu bildirilən təxminən 1600 şirkət və şəxs qara siyahıya salınıb. xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəs
12 oktyabrMeteor yağışı olacaq
Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2
12 oktyabrAğ Evin yeni mətbuat katibi tezliklə işdən çıxarıla bilər
Ağ Evin bir neçə rəsmisi Keti Zakariasın mətbuat katibi vəzifəsində nə qədər qala biləcəyini soruşub və qeyd edib ki, onun işi ABŞ prezidenti Donald Trampı məmnun etməyəcək. xəbər verir ki, bir neçə müşavir və rəsmi CNN-ə bildirib ki, onun cəmi 15 dəqiqə davam edən ilk brifinqi pis qarşılanıb. O, vaxtını
14 oktyabrUkrayna müdafiə ehtiyacları üçün daha 2,86 milyard avro alıb
Avropa Komissiyası (AK) Ukraynaya dəstək məqsədi daşıyan 90 milyard avroluq kreditin müdafiə komponenti çərçivəsində 2,86 milyard avro ayırıb. "Report" xəbər verir ki, bu barədə AK-nın mətbuat xidməti məlumat yayıb. AK-nın sədri Ursula fon der Lyayen bildirib ki, ayrılan vəsait Ukraynanın ə
14 oktyabrİran ABŞ qarşısında taktikasını dəyişib
İranın iki yüksək vəzifəli rəsmisi Reuters agentliyinə bildirib ki, İran neft qiymətlərini yüksək saxlamaq və ABŞ-da keçiriləcək ara seçkilərə təsir göstərmək məqsədilə Hörmüz boğazından keçən gəmilərə hücum etmək kimi yeni taktika tətbiq edir. xəbər verir ki, ABŞ və İsrailin 28 fevralda İrana hücumlarında
14 oktyabrKobaxidze Aİ-nin Gürcüstandakı səfirinə xəbərdarlıq edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) Tbilisidəki səfiri Pavel Herçinskiyə Kaxetidə keçirilən tədbirdəki davranışına görə xəbərdarlıq edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanın hökumət başçısı bu barədə keçirdiyi brifinqdə danışıb. İ.Kobaxidze səfiri
12 oktyabrRusiya Kiyevi vurdu: ölən və yaralananlar var
Rusiya ordusu Ukraynanın bir neçə şəhərinə, o cümlədən Kiyev, Xarkov və Dneprə raket zərbələri endirib. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, paytaxtın bir neçə enerji obyektinə zərbə vurulub, nəticədə şəhərin sol sahili qismən elektrikdən məhrum olub:. "Qoloseyevsk
14 oktyabr