Putin və Ərdoğan taxıl dəhlizini müzakirə edə bilərlər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin taxıl dəhlizi ilə bağlı qısa müddətdə danışıqlar apara bilərlər.
Sonxeber.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat yayıb.
Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə bildirib ki, noyabrın 19-da başa çatacaq taxıl sazişinin uzadılması ilə bağlı danışıqlar davam edir.
"Bildiyiniz kimi, söhbət əsasən Rusiya məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından gedir. Birləşmiş Millətlər Təşkilatı ilə konstruktiv əlaqələr var.Taxıl müqaviləsinin uzadılması ilə bağlı müsbət irəliləyişlər var, lakin əvvəlki razılaşmaların tam şəkildə həyata keçirilməsini təmin etmək lazımdır.",- deyə Peskov əlavə edib.
Kremlin sözçüsü Dmitri Peskov prezident Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin lazım gələrsə, qısa müddət ərzində görüşə biləcəyini deyib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 950 Tarix: 16 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabr