Sumqayıtda olay: Narkotik çəkib məhkəməyə gəldi - VİDEO
Sumqayıtda kişi narkotik qəbul etdikdən sonra məhkəməyə gəlib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün baş verib. Sumqayıt Şəhər Məhkəmə Kompleksinə gələn şəxsin özündə olmadığını əks etdirən videogörüntülər yayılıb.
Məsələ ilə bağlı Sumqayıt Şəhər Məhkəmə Kompleksindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən görüntülərdəki şəxsin bu gün səhər saatlarında məhkəmə prosesi keçirilməli idi:
"Lakin vətəndaş məhkəmə prosesinə gecikib və iştirak etməyib. Daha sonra o, Sumqayıt Şəhər Məhkəmə Kompleksinə xoş olmayan vəziyyətdə gəlib. Şəxs narkotik maddə istifadəçisidir, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə məhkəmə prosesi olmalıydı. İlkin ehtimallara görə, narkotik maddənin təsiri altında məhkəmə binasına daxil olub. Şəxslə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Ərazi üzrə polis əməkdaşları vətəndaşı bölməyə aparıblar. Faktla bağlı müvafiq tədbirlər görüləcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1445 Tarix: 17 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrXankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu
8 noyabr