İlkin Süleymanovun məhkəməsində mübahisə düşdü: Sübut üçün qoyun cəsədi yandırılıb

İlkin Süleymanovun məhkəməsində mübahisə düşdü: Sübut üçün qoyun cəsədi yandırılıbTovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Sonxeber.az apa-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda insan meyitinin yanma prosesini müəyyən etmək üçün qoyun cəsədi üzərində aparılan eksperiment və İlkin Süleymanovun ifadəsinin yerində yoxlanılması videosu nümayiş olunub.
İş üzrə dövlət ittihamçısı meyitin yanma parametrlərinin müəyyən edilməsi üçün qoyun cəsədinin yandırıldığını bildirib.

Təqsirləndirilən şəxsin vəkilləri - Zabil Qəhrəmanov, Əlibaba Rzayev və Murtuzəli Abbasov eksperiment videosu ilə bağlı məhkəməyə çoxsaylı suallar ünvanlayıblar.

Zabil Qəhrəmanov xüsusilə qoyunun bir hissəsinin yanmaması məsələsinə diqqət çəkib. Vəkil Nərmin Quliyevanın cəsədinin tam yandığını xatırladıb:

"Videodan da göründüyü kimi, qoyun torpaqla təmasda olduğu üçün arxa tərəfi qətiyyən yanmayıb. Hətta orda ekspert də, müstəntiqə səslənir ki, arxa tərəf yanmayıb. Bundan sonra benzin töküb tam yandırırlar. Amma Nərminin cəsədində arxa hissəsi tamamilə yanmışdı. Bu eksperimentdə məqsəd o olub ki, yanmanın hansı müddətdə baş verdiyini müəyyən etsinlər. O da alınmadı. Birinci dəfə yandırdılar, gördülər nəzərdə tutduqları vaxt olmadı, yenidən yandırdılar".

Zabil Qəhrəmanov eksperiment zamanı mümkün olan detalların eyniləşdirilmədiyini qeyd edərək eksperiment videosunun sübutlar siyahısından çıxarılmasını istəyib.

Müzakirə zamanı vəkillərlə məhkəmə heyəti arasında mübahisə olub.

Prosesin davamında İlkin Süleymanovun etirafedici ifadəsinin yerində yoxlanılması kadrları göstərilib.

Müdafiə tərəfi ifadənin yoxlanılması zamanı təqsirləndirilən şəxsə detallı suallar verilmədiyini bildiriblər: "Etirafedici ifadədən söhbət gedirsə, burda ittiham olunan şəxsdən detallı şəkildə soruşulmalı suallar var idi. Məsələn, soruşulmalı idi ki, Nərminin qulağında sırğalar var idi, onları hara qoymusan, əmisigildən gələndə əlində kurtka gəlmişdi o kurtkanı hara qoymusan? Amma bu suallar verilməyib. Bundan başqa, etirafedici ifadədə deyir ki, Nərmini saxladığı pəncərələr bağlı idi, amma sonradan baxılıb ki, pəncərədə ümumiyyətlə, bağlanma yeri yoxdur. Bu və digər məsələlər də göstərir ki, İlkin Süleymanov etirafedici ifadəsində yalan danışıb", - vəkil Zabil Qəhrəmanov deyib.

Proses noyabrın 21-də davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1759   Tarix: 17 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub

Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu

8 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr