İlham Əliyev: "Onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər"

İlham Əliyev: "Onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər""Bizim iki yolumuz olmalıdır: Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması prosesi və həmçinin hüquqlar və təhlükəsizlik baxımından Azərbaycanda, Qarabağda erməni azlığına aid məsələlər".

Bu sözləri Prezident İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edən zaman deyib.

"Elə dünən dövlət katibi Blinken ilə mənim telefon danışığım olub. Biz bu haqda bir daha danışdıq. Biz tam anlayırıq ki, iki yol olmalıdır və onlar bir-birinə qarışmalı deyil. Lakin Ermənistandan gələn bəyanatlar çox ziddiyyətlidir. Onlar bizim ərazimizi və suverenliyimizi tanıdıqlarını söyləyirlər. Onlar bunu nəinki deyir, o cümlədən Praqada və Soçidə bunun altında imza da atırlar. Bu, bütün ərazimizin suverenliyi deməkdir. Hamımız suverenliyin nə olduğunu anlayırıq. Eyni zamanda, onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu, olmayacaq. Bu, mümkün deyil. Biz buna razılıq verməyəcəyik. Buna görə bizə Ermənistan hökumətinin öz gündəliyi ilə bağlı tam aydın mövqeyi lazımdır. Mən bu yaxınlarda dedim ki, əgər onlar sülh istəsələr, biz də sülh istəyəcəyik. Əgər onlar sülh istəmirlərsə, onda bu, onların seçimidir. Otuz il bizdə sülh olmayıb və bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır", - dövlət başçısı qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 852   Tarix: 17 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr