"18 günlük mitinqlər xalqın dirçəlişi kimi tarixə düşdü və biz bu tariximizlə qürur duyuruq" - Bəhruz Məhərrəmov
Bu gün 17 Noyabr Milli Dirçəliş Günüdür.
Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, dirçəliş məfhumunun əsl mahiyyətini 28 il sonra, 2020-ci ilin 8 noyabr tarixində, Şuşa alınarkən başa düşdük. Prezident İlham Əliyev Qələbə nitqində "Əziz Şuşa, biz səni dirçəldəcəyik" deyəndə, biz xalq olaraq bu sözün tam fəlsəfəsinə vardıq:
"Bildiyiniz kimi, 17 noyabr 1988-ci ildə Azadlıq meydanında başlanan 18 günlük mitinqlər xalqın oyanışı, dirçəlişi kimi tarixə düşdü və biz bu tariximizlə qürur duyuruq.
Amma bir tarixi həqiqəti də unutmamalıyıq ki, real nəticəyə, real müstəqilliyə aparan əməli Milli Dirçəliş 1990-cı ilin bu günündən, Ümummilli Liderin məhz 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet Sosialist" sözlərini çıxarmağa nail olması və Cümhuriyyətin üçrəngli bayrağını Naxçıvanda rəsmi bayraq kimi qəbul etməsi ilə başladı.
Biz dirçəliş məfhumunun əsl mahiyyətini 28 il sonra, 2020-ci ilin 8 noyabr tarixində, Şuşa alınarkən başa düşdük. Prezident İlham Əliyev Qələbə nitqində "Əziz Şuşa, biz səni dirçəldəcəyik" deyəndə, biz xalq olaraq bu sözün tam fəlsəfəsinə vardıq.
Bu gün, postmüharibə dövründə isə biz hədəfə doğru inamla, qətiyyətlə irəliləməklə sözün əsl mənasında dirçəlirik. Cənab Prezidentin təsdiq etdiyi "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramı" Qarabağın, Şərqi Zəngəzurun timsalında bu dirçəlişdə bizim nə qədər qərarlı olduğumuzu, qətiyyətlə irəlilədiyimizi dünyaya göstərməkdədir.
Bayramınız mübarək!"
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb