İranlı hakerlər ABŞ-nin hökumət şəbəkəsini sındırıblar

İranlı hakerlər ABŞ-nin hökumət şəbəkəsini sındırıblarİranlı hakerlər Amerika Birləşmiş Ştatlarının adı açıqlanmayan federal dövlət agentliyinin şəbəkəsini sındırıblar.

Onlar şəbəkənin parolunu oğurlayaraq kriptovalyutanın generasiyası üçün proqram təminatı quraşdırıblar.

Bu barədə ABŞ-nin Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) bəyanat verib.

Bildirilir ki, bu hadisə fevral ayında baş versə də, ABŞ Daxili Təhlükəsizlik Departamentinin rəsmiləri olanlara iyun ayında reaksiya veriblər.

"2022-ci ilin iyun ayının ortalarından iyulun ortalarına qədər CISA Federal Mülki İcra Hakimiyyəti (FCEB) təşkilatında insidentlərə reaksiya verilməsi ilə bağlı əməliyyat keçirdi. Bu zaman CISA davamlı təhlükələrin artması ilə (APT) bağlı ehtimal olunan aktivlik fəaliyyətini aşkar etdi", - deyə Federal Təhqiqat Bürosu və CISA-nın ictimai bülletenində qeyd olunub.

Hakerlər hələ CISA-nın 2021-ci ilin dekabrında aşkarladığı və agentliklərə aradan qaldırılmasını tapşırdığı geniş yayılmış boşluqdan istifadə ediblər.

Baş verən hadisə göstərir ki, hakerin şəbəkəni sındırdığı vaxtdan hadisənin aşkarlandığı günə qədər aylar keçə bilər.

Bu həm də əsasən Tehranın podratçısı olan haker qruplarının öz ciblərini doldurmaq üçün müxtəlif sxemlərə əl atdıqlarının sübutu ola bilər.

Beləliklə, hakerlər guya ABŞ hökumət şəbəkəsinə çıxışlarından istifadə ediblər və kriptovalyuta istehsal edən proqram təminatının quraşdırılmasına nail olublar. Bu isə sanksiyalar fonunda İran vətəndaşları üçün potensial faydalı gəlir gətirə bilər.

Şübhəli bilinən iranlı hakerlərin son motivi məlum deyil. CISA və FTB jurnalistlərin bununla bağlı suallarını cavablamayıblar.

Mənbə: Rbc.ua


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1077   Tarix: 17 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tramp İrana qarşı yeni addımlar atacağı ilə hədələyib

ABŞ prezidenti Donald Tramp İranla münaqişənin tezliklə başa çatacağını bir daha bəyan edib. Bununla yanaşı, o, İslam Respublikasına qarşı yeni addımlar atacağı ilə hədələyib. xəbər verir ki, Tramp bu barədə Alyaska ştatında Konqresə keçiriləcək aralıq seçkilərə həsr olunmuş mitinqdə danışıb. "Gözləyin

14 oktyabr
.

Meksika sahillərinə qasırğa yaxınlaşır: küləyin sürəti saatda 195 kilometrə çatıb

Sakit okeanda formalaşan "Trudi" qasırğası güclənərək üçüncü kateqoriyaya çatıb. ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, küləyin sürəti saatda 195 kilometrə yüksəlib və qasırğa Meksikanın cənub-qərb sahillərinə doğru hərəkət edir. Məlumata əsasən, qasırğa səhər saatlarında Akapulko şəhərində

16 oktyabr
.

Zelenski: Ukrayna Rusiyanın neft emalı zavodlarına tətilləri bərpa edir

Ukrayna üç günlük fasilədən sonra Rusiyanın neft emalı zavodlarına (NEZ) zərbələri bərpa edir. xəbər verir ki, Prezident Volodymyr Zelensky Financial Times qəzetinə verdiyi açıqlamada bildirib ki, "Embarqo qaldırılıb. Artıq kifayətdir". O bildirib ki, Kiyev ABŞ prezidenti Donald Trampın tələb

15 oktyabr
.

Rusiya "Naftoqaz"ın obyektinə zərbə endirib

Rusiya Silahlı Qüvvələri Poltava bölgəsində "Naftoqaz Ukrainı" qrupunun qaz hasılatı infrastrukturuna hücum edib. "Report"un məlumatına görə, bu barədə Ukrayna mediası "Naftoqaz"ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Sergey Fedorenkonun bəyanatına istinadən xəbə

15 oktyabr
.

İstanbulda leysan davam edir, 2 nəfər öldü - Video

Türkiyənin İstanbul şəhərində davam edən güclü yağışlar həyatı iflic edib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, leysan nəticəsində küçələr, evlər və iş yerləri su altında qalıb, nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Təbii fəlakət nəticəsində iki nəfər həyatın

15 oktyabr
.

Estoniya parlamentinin onlarla üzvü hökumətə etimadsızlıq səsverməsini imzalayıb

Dövlət televiziyası ERR- in məlumatına görə, Estoniya müxalifəti Baş nazir Kristen Mixalın hökumətinə qarşı parlamentə etimadsızlıq səsverməsi təqdim edib. xəbər verir ki, təşəbbüsü Mərkəz Partiyası İsamaa və Mühafizəkar Xalq Partiyasından (EKRE) 33 Riigikogu üzvü, eləcə də doqquz müstəqil parlamentar

14 oktyabr
.

Kasıblar daha çox zəhərlənirdi - Alimlər orta əsrlərlə bağlı maraqlı fakt üzə çıxardı

Orta əsrlər İngiltərəsində kasıb ailələrdə böyüyən insanlar qurğuşunun zərərli təsirinə daha çox məruz qalıblar. Alimlər bunun səbəblərini araşdıraraq sosial təbəqə ilə zəhərli metala məruzqalma səviyyəsi arasında əlaqə müəyyən ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanın nəticələr

14 oktyabr
.

İran cari ilin qarşıdakı dövründə benzin idxal etməyəcək

İran 2026-cı ilin qarşıdakı dövründə xaricdən benzin idxal etməyəcək. xəbər verir ki, bunu İranın birinci vitse-prezodenti Məhəmmədrza Arif ölkədəki elmi-siyasi, sosial, iqtisadi və beynəlxalq vəziyyətə habelə, sosial kapitalın gücləndirilməsi və əhalinin rifah vasitələrinin təmin edilməsi ilə bağl

15 oktyabr
.

Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı

Arxeoloqlar Türkiyə sahillərində yaşı 4400-4700 il olduğu ehtimal edilən, məlum olan ən qədim batmış gəmini aşkar ediblər. Erkən Tunc dövrünə aid gəminin, Böyük Giza piramidasının tikildiyi dövrlə təxminən eyni vaxtda Aralıq dənizi vasitəsilə yük daşıdığı ehtimal olunur. Qaynarinfo xəbər verir ki, b

15 oktyabr