İsmayıllı rayonunda fəaliyyət göstərən sahibkarlar "Açıq mikrofon" aksiyasında iştirak etdilər
"Bu aksiyanın keçirilməsində məqsəd sahibkarların qaz təchizatı ilə bağlı problemlərini və təkliflərini dinləmək, eyni zamanda onların qarşılaşdıqları çətinliklərin operativ şəkildə aradan qaldırılmasına köməklik etməkdir."
Bu sözləri İsmayıllı rayonunda keçirilən "Açıq mikrofon" aksiyası çərçivəsində sahibkarlarla görüşdə Birliyin baş direktorunun müavini Rəşad Cavadov bildirib. O, çıxışı zamanı sahibkarlara göstərilən dövlət qayğısından söz açaraq hər zaman sahibkarlara dəstək olduqlarını və bundan sonra da bu dəstəyin davam etdiriləcəyini qeyd edib. Aksiyada Birliyin məsul şəxsləri ilə yanaşı, İsmayıllı İcra Hakimiyyətinin və KOBİA-nın nümayəndəsi də iştirak edib.
Aksiyada söz alan Yaqub Xəlilov, Zülfüqar Kərimov və Uryupin Vasiliy təmsil etdikləri sahibkarlıq obyektlərinin yaranan debitor borcları barədə çıxış edərək bu məsələdə onlara köməklik göstərilməsini xahiş ediblər. Sahibkarlarla yanaşı, mikrofon önünə keçən Talıstan kənd sakini Nail Abdullayev qazın təzyiqinin aşağı olmasından, rayon sakini Məqamət Gülməmmədov isə fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı onlara köməklik göstərilməsini istəyiblər.
Sahibkarlara göstərilən diqqəti yüksək qiymətləndirən KOBİA nümayəndəsi Cavanşir Məhərrəmov təmsil etdiyi qurumun sahibkarlığın inkişafı istiqamətində gördüyü işlərdən söz açıb.
Aksiyada iştirak edən sahibkarlardan Nahid Şərifov, Teymur Comərdov və Anar Qəribov onlara göstərilən qayğı və diqqətə görə SOCAR rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bütün müraciətlər araşdırılması üçün qeydiyyata alınıb.





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 719 Tarix: 18 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrXankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu
8 noyabr