Bakıda özünü asan tələbənin atasından şok iddia: "Ola bilər ki, sifarişlə aradan götürüblər" - FOTO
Bakıda yüksək balla universitetə qəbul olan Şəhriyar Səmədovun intihar etməsi ilə bəzi iddialar yayılıb.
Lent.az xəbər verir ki, mərhum tələbənin atası Şahin Səmədli oğlunun intihar etmədiyini və onun sifarişlə öldürüldüyünü iddia edib. O bildirib ki, oğlu xaricdə magistratura təhsili almağa hazırlaşırmış:
"Mənim oğlum Səmədov Şəhriyar İqtisad Universitetinin 4-cu kursunda oxuyurdu. Prezident təqaüdçüsü idi. 685 balla bu ali məktəbə daxil olub. 2019-cu ildə buraxılış imtahanından maksimum 300 bal toplayıb. Yaşının az olmasına baxmayaraq, öz istedadı və savadı ilə tanınırdı.
Onun oktyabrın 6-da gecə saatlarında kirayə yaşadığı mənzildə asılı vəziyyətdə cəsədi tapıldı. Asıldığı turnik o qədər də hündürdə deyildi. Əllərini turnikə atanda ayaqları yerə dəyirdi. Yəni, onun özünü asması şübhələr doğurur. Axı niyə özünü assın? İntihar etdiyi gün fakültənin dekanlığından praktika üçün arayış alıb.
Xaricdə magistratura təhsili almağa hazırlaşırdı, yanvar ayında seçim edəcəkdi. Dil səviyyə imtahanının birindən uğurla keçdi. İkincisinə hazırlaşırdı ki, dünyanın daha nüfuzlu universitetlərinə düşə bilsin. Ümumvətəndaşlıq pasportunu götürmək üçün "Asan xidmət"ə müraciət etmişdi. Belə planları olarkən nə baş verdi ki, bu uşaq oktyabrın 6-da intihar etsin?"
Şahin Səmədli qeyd edib ki, oğlunun intihar etməsinə inanmır:
"Övladımın intihar etməsi çox şübhəlidir. Ola bilər ki, onu sifarişlə aradan götürüblər, ya da qorxudub intihara sürükləyiblər".
Tələbənin atası istintaq orqanlarına üz tutaraq, oğlunun ölümünün obyektiv və düzgün araşdırılmasını xahiş edib.
Qeyd edək ki, 19 yaşlı Masallı rayon sakini Şəhriyar Səmədli oktyabrın 6-da gecə saatlarında Nizami rayonunda kirayə yaşadığı evdə özünü asıb. O, 685 balla İqtisad Universitetinə qəbul olmuşdu.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO