Media və QHT nümayəndələrinin iştirakı ilə "Açıq qapı" aksiyası keçirildi (FOTO)
"Xırdalanda yerləşən "AAAF Park" Yaşayış Kompleksində baş vermiş məlum partlayışla bağlı sakinlərin bəziləri hadisəyə səbəb kimi adıçəkilən məkanda qaz təzyiqinin normal olmamasını göstərir. Ancaq hadisədən dərhal sonra həmin ərazidə Birliyin əməkdaşları tərəfindən yoxlamalar aparılıb. Və bu cür iddiaların əsassız olduğu sübuta yetirilib. Çünki mənzildə qaz sayğacınadək verilən qazın təzyiqi normal olub".
Sonxeber.az xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyasında bildirib. Şöbə rəisi bu cür xoşagəlməz hadisələrin daha çox abonent məsuliyyətsizliyi və ya ehtiyatsızlığı səbəbindən baş verdiyini bildirib. Eldəniz Vəliyev neqativ halların yaşanmaması üçün sakinləri qazla davranış qaydaları ilə yanaşı, həm də tikinti norma və qaydalarına əməl etməyə çağırıb.
Birliyin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov da çıxışı zamanı "AAAF Park" Yaşayış Kompleksində baş vermiş partlayışla bağlı qeyd edib ki, mənzillərdə mətbəx otağının yerinin dəyişdirilməsi tikinti norma və qaydaları çərçivəsində mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Qaz xətlərinə özbaşına müdaxilələr isə yolverilməzdir. İlkin Behbudov havaların soyuması ilə gündəmə gələn dəm qazından zəhərlənmələrdən də söz açıb. Qurum rəsmisi bu kimi halların 95%-nin vanna otaqlarında yaşandığını qeyd edib.
"Açıq qapı" qapı aksiyası daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 631 Tarix: 18 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrXankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu
8 noyabr