Kürdəmir bazarında nə baş verir? - FOTO
Kürdəmir rayonunun mərkəzi bazarının girişlərindən birinin ləğv edilməsi ərazidə uzun tıxaclara səbəb olub.
Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna rayon sakinləri məlumat veriblər.
Əvvəllər bazara iki istiqamətdən giriş-çıxışın olduğunu bildirən sakinlər deyiblər ki, həmin dövrdə ərazidə nəqliyyat vasitələrinin hərəkətində heç bir tıxac müşahidə olunmayıb. Amma sonradan dəmir yolu xəttinin üzərindən keçən alternativ avtomobil yolu ləğv edildiyindən bazara yalnız bir giriş-çıxış saxlanılıb. Bununla da ticarət mərkəzinin yeganə girişi və ətraf ərazilər tıxacın mərkəzinə çevrilib. Buna görə də uzun illərdir bazara alış-verişə gedən sakinlər tıxaclar əlindən boğaza yığıldıqlarını söyləyiblər.
Sakinlərin sözlərinə görə, daha çox tıxacların yaranmasına iri və kiçiktutumlu nəqliyyat vasitələrinin eyni yerdən hərəkət etməsi səbəb olur, bu isə sürücülərin saatlarla tıxaclarda gözləməsinə gətirib çıxarır. Onlar bildirib ki, əvvəllər iritutumlu və ağırtonnajlı yük maşınları yalnız dəmir yolu üzərində yerləşən alternativ keçiddən istifadə edib, digər keçid isə yalnız minik avtomobillərinin və piyadaların giriş-çıxışı üçün nəzərdə tutulub. Amma hazırda yalnız bir giriş-çıxışın mövcud olması hərəkəti çətinləşdirib. Bundan əlavə, ərazidə pambıq məntəqəsinə gələn traktor və digər texnikalar saatlarla gözləməyə məcbur olurlar.
"Düşünürük ki, tıxacların aradan qaldırılması çox sadədir. Ləğv edilən keçidi yenidən bərpa etməklə bütün tıxaclardan yaxa qurtarmaq mümkündür. Amma hazırda elə bir vəziyyət yaranıb ki, bura nəinki minik və yük avtomobilləri, hətta piyadalar üçün də hərəkəti çətinləşdirən keçid məntəqəsinə çevrilib. Ona görə də hesab edirik ki, əgər əvvəlki giriş-çıxış açılsa, problemlərin böyük əksəriyyəti öz həllini tapmış olacaq", - sakinlər bildiriblər.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, Kürdəmir stansiyasından saatda 140 km/sürətlə hərəkət edən Bakı-Gəncə qatarı keçir:
"Bu tip qatarların hərəkət etdiyi marşrut üzrə müxtəlif növ keçidlərin sayının çoxluğu dəmir yolunun təhlükəsizlik qaydalarına ziddir. Bundan başqa, vətəndaşların müraciəti nəzərə alınaraq gələcəkdə həmin ərazidə yeraltı tunelin tikintisi nəzərə alına bilər".
Qeyd edək ki, hazırda Kürdəmir rayonunda 3 bazar mövcuddur. Tıxaclarla üzləşən bu ticarət mərkəzi isə rayonun ən böyük bazarıdır və bu yoldan hər gün minlərlə insan, yüzlərlə avtomobil hərəkət edir. Bundan əlavə, bazar yolunun üzərində pambıq tədarükü məntəqəsi, şadlıq sarayı və böyük anbarların yerləşməsi hər gün tıxacların mənfi təsirinə məruz qalır.








Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO