"Azərbaycanın İsraildə səfirliyinin açılması zamanın tələbidir" - Deputat

"Azərbaycanın İsraildə səfirliyinin açılması zamanın tələbidir" - Deputat"Noyabrın 18-də Milli Məclis yekdilliklə Azərbaycanın İsrailin Tel-Aviv şəhərində səfirliyinin açılması ilə bağlı qanun qəbul etdi".

Bunu Sonxeber.az-a açıqlamasında deputat Nəsib Məhəməliyev söyləyib.

Deputat hər şeydən əvvəl, müxtəlif şər qüvvələrin etirazlarına, şantajlarına baxmayaraq, siyasi iradə nümayiş etdirməklə müvafiq qərar qəbul edən Prezident İlham Əliyevə təşəkkürünü bildirib:

"İsrail Azərbaycana dost dövlətdir və hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib. İndiyə qədər səfirliyimizin olmamasına baxmayaraq, ikitərəfli əlaqələrimiz yüksək səviyyədə qurulub. Xüsusilə, 44 günlük müharibədə İsrail ölkəmizin yanında olub. O dövrün baş naziri Benyamin Netanyahunun ermənilərə silah satmamalarını izah etməsi, xalqımızın yaddaşlarına əbədi həkk olunub. Azərbaycan xalqı qədir bilən, tolerant xalqdır. Çətin anların dostunu, düşmənini unutmur. Eyni zamanda, ölkəmizdə xeyli sayda yəhudi millətinin nümayəndələri yaşayır. Onlar da, Azərbaycanda yaşayan digər xalqlarla birlikdə ölkəmizin suverenliyi uğrunda müharibələrdə iştirak ediblər".

Deputat vurğulayıb ki, İsrail ən müasir texnologiyalara, elmi potensiala, güclü müdafiə sisteminə, hərbi-sənaye kompleksinə, innovativ kənd təsərrüfatına malik, hərtərəfli inişaf etmiş ölkədir:

"Hesab edirəm ki, İsraildə səfirliyimizin açılması, ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələrimizin daha da inkişafına səbəb olacaq. Son zamanlar İsrailin, bir sıra Ərəb ölkələri ilə münasibətlərində dəyişikliklər baş verib. Qardaş Türkiyə ilə uzun illərdən sonra barışıq əldə olunub, qarşılıqlı şəkildə səfirliklər fəaliyyətlərini bərpa ediblər. Azərbaycanın İsraildə səfirliyinin açılması zamanın tələbidir və hər iki dövlətin, xalqlarımızın mənafeyinə uyğundur".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1083   Tarix: 19 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bakının Türk dünyasının əsas siyasi və mədəni platformalarından birinə çevrilməsi təsadüfi deyil" - AÇIQLAMA

Birinci Türkoloji Qurultay Türk dünyasının taleyini müəyyənləşdirən addım olub. Bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər namin

29 iyun
.

Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb

Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbayca

25 iyun
.

"Bu tarix xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin canlı salnaməsidir" - DEPUTAT

"Müstəqil dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmin olunmasında Azərbaycan Ordusunun rolu əvəzsizdir. Bu gün xalqımız güclü və rəşadətli ordusu, qəhrəman əsgər və zabitləri ilə qürur duyur. 26 İyun - Silahlı Qüvvələr Günü hər il böyük sevinc, yüksək vətənpərvərlik ruhu və fərəh hissi il

25 iyun
.

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 13-də Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb. Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan ilə Şimali Kipr arasında yüksək səviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyas

13 iyun
.

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşası, daha 100-nün bərpasına dəstək verəcək. "Report" xəbər verir ki, bunu Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizci "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyini

25 iyun
.

İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi

"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" fərmanda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Strateji Obyektləri

30 iyun
.

Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb

Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, H.Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsini icra edirdi. [hh4-unikal

25 iyun
.

İlham Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər

Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

İƏT Pİ-nin 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olundu

İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olunub. xəbər verir ki, sənəd əsasən Fələstinə, regional münaqişələrin sülh yolu ilə həllinə və İslam dünyasında əməkdaşlıq perspektivlərinin inkişafına həsr olunub. Bəyannamənin mətnin

25 iyun