İran azərbaycanlıları casusluğa necə CƏLB EDİR...

İran azərbaycanlıları casusluğa necə CƏLB EDİR...İranın Azərbaycan vətəndaşlarını müxtəlif vədlərlə aldadaraq casusluq fəaliyyətinə cəlb etməsi gözlənilən idi. Dəfələrlə bu barədə ekspertlər səviyyəsində fikirlər səsləndirilmiş, mətbuatda açıq mənbələrə istinadən xəbərlər dərc olunmuşdu. Bildirilirdi ki, İran din pərdəsi altında inanclı şəxsləri öz ətrafına toplayaraq, Azərbaycan əleyhinə təbliğat aparır.

Bir neçə gün öncə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində İran xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş casus şəbəkəsinin ifşa olunması deyilənləri təsdiqlədi. Məlum oldu ki, Azərbaycana üzdə dost deyib, əslində ölkəmizə düşmən kəsilən İran rəhbərliyi işğalçı Ermənistanın maraqlarına xidmət etməklə təhlükəli oyunlara əl atır.

İndi maraq doğuran əsas məqam İranın azərbaycanlıları casusluğa necə cəlb etməsidir?

Bəzi məlumatlara görə, təhsil almaq, müalicə olunmaq üçün İrana gedən Azərbaycan vətəndaşlarının bəziləri müxtəlif yollarla İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunur. Kiminin sənədləri oğurlanır, kiminin isə ölkədən çıxışına qəsdən problemlər yaradılır. Bu şəxslər problemlərinin həlli qarşılığında əməkdaşlığa təhrik edilirlər. Lakin bəzi insanlar özləri də bilmədən xüsusi xidmət orqanlarının toruna düşürlər. Eləcə də şantaj və təzyiq yolu ilə casusluğa vadar edilənlərin də olması istisna deyil.

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, İran Azərbaycan vətəndaşlarını əsasən dini dəyərlərdən istifadə etməklə tələyə salır:

"İslam dininin ölkəmizdə düzgün təbliğ olunmaması insanlarda yanlış fikirlər yaradır. Məhz bu da İranın casus şəbəkəsinin Azərbaycana yol açmasına imkan verir. Əslində, İslamda şiə, sünni məsələsi yoxdur. Azərbaycanda da bu məsələyə fikir verilmir. Ancaq İran şiəlik siyasətini ixrac etməklə Azərbaycanda öz maraqlarını həyata keçirməyə çalışır. Bu bədbəxt dövlətin ixrac edəcəyi başqa heç nə yoxdur".

Politoloqun fikrincə, İranın Azərbaycana qonşu olması, vətəndaşlarımızın müxtəlif məqsədlərlə bu ölkəyə səfərlər etməsi Tehranın işini asanlaşdırır:

"Unutmayaq ki, İran ərazisində 40 milyona yaxın azərbaycanlı yaşayır. İran həm onların bəzilərindən, həm də Azərbaycanda dini yaxşı bilməyən insanların olmasından yararlanır. Təəssüf ki, bir sıra Azərbaycan vətəndaşları iqtisadi səbəblərdən İranın çirkin siyasətinə boyun əyir. Onlar sosial vəziyyətlərini vətəni satmaqla düzəltməyə çalışırlar. Digər yandan Azərbaycanda tolerantlığın olması bizə müəyyən problemlər yaradır. Bütün bunlara baxmayaraq, İran başa düşməlidir ki, Azərbaycan əvvəlki ölkə deyil. Azərbaycanın təhlükəsizlik orqanları çox ciddi iş aparır. Mübarizə çərçivəsində media da müəyyən işlər görür. Lakin vaxtında İranın şantajlarına qarşı düzgün iş aparılsaydı, vəziyyət belə olmazdı. Biz daha çox aqressiv mövqedən çıxış edirik. Ancaq məsələləri insanlara mülayim şəkildə izah etməliyik. Artıq xain olan olub. Onsuz da, belə insanların xəyanətə meyli varmış. Biz indi digər vətəndaşlara yönəlməli, onlara İslamı düzgün izah etməliyik. Eyni zamanda gənclərimizə vətən sevgisini aşılamalıyıq ki, onlar İranın və digərlərinin şantaj şəbəkəsinin toruna düşməsinlər".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1323   Tarix: 19 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

ABŞ-İran müharibəsi: Tehran Hörmüz boğazının açılması üçün ABŞ-dan güzəştlər tələb edir

İran və ABŞ arasında müharibənin dayandırılması və Hörmüz boğazının yenidən açılması ilə bağlı diplomatik səylər davam edir. Lakin Tehran boğazın tam açılmasını Vaşinqtonun bir sıra tələbləri yerinə yetirməsi ilə əlaqələndirir. "Reuters" xəbər verir ki, İran Hörmüz boğazının açılması üçün ABŞ-da

10 avqust
.

Kolumbiyada matəm elan olundu

Kolumbiyada dağıdıcı zəlzələnin qurbanlarının xatirəsinə üç günlük milli matəm elan edilib. -ın xəbərinə görə, bu barədə "BluRadio2" radiostansiyası hökumət qərarına istinadən məlumat verib. Məlumata görə, matəm müddətində hökumət qurumları binalarında, eləcə də Kolumbiyanın xaricdəki səfirliklərind

12 avqust
.

Stiv Uitkoff: "Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır"

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Azərbaycan və Ermənistan arasında Vaşinqton bəyannaməsinin ildönümü ilə bağlı paylaşım edib. xəbər verir ki, S.Uitkoff bu barədə "X" hesabında yazıb. "Düz bir il əvvəl ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistanı danışıqlar masas

9 avqust
.

Foreign Policy: "Avropada istilər və meşə yanğınları iqtisadiyyata ciddi zərbə vurur"

Avropada bu yay müşahidə olunan rekord istilər və genişmiqyaslı meşə yanğınları təkcə ekoloji problem yaratmır, həm də qitənin enerji sistemi, kənd təsərrüfatı və iqtisadiyyatı üçün ciddi təzyiq formalaşdırır. Foreign Policy-nin 10 avqust tarixli təhlilində bildirilir ki, Avropanın müxtəlif bölgələrind

10 avqust
.

VIII Henri "ətir buludu"nun içində yaşayırmış: Səbəb heç də dəbdəbə olmayıb

İngiltərə kralı VII Henrix portretlərdə Tüdorlar dövrünün qüdrətini təcəssüm etdirən özünəinamlı və hökmran monarx kimi təsvir olunur. Lakin həyatının son illərində dəbdəbəli geyimləri ağır xəstəliyi gizlədib. Qaynarinfo Hamuesgyemant.hu saytına istinadən xəbər verir ki, kral ayaqlarında açıq yaralarda

11 avqust
.

Latviya Belarusla sərhədin altında tunel aşkar edib

Latviya Belarusla sərhədin altında tunel aşkar etdiyini bildirib və ölkənin şərq sərhədində nəzarətin gücləndirilməsi tədbirlərini elan edib. "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Latviyanın daxili işlər naziri Yanis Dombrava baş nazir Andris Kulberqs ilə birgə mətbuat konfransınd

11 avqust
.

Yerin daxili nüvəsi fərqli istiqamətdə fırlanmağa başlayıb: Səbəb nədir?

Yerin mərkəzində planetin qalan hissəsindən müstəqil şəkildə fırlanan daxili nüvə yerləşir. Yeni araşdırma göstərib ki, son dövrlərdə onun həm fırlanma sürəti, həm də istiqaməti dəyişib. Alimlər bu dəyişikliklərə nəyin səbəb ola biləcəyini və onların insanlara təsir edib-etməyəcəyini araşdırırlar. Qaynarinf

12 avqust
.

Kolumbiyada baş verən zəlzələ qəhvə ixracına təsir etdi

Kolumbiyada baş verən güclü zəlzələdən sonra bu ölkədən qəhvə ixracatı, demək olar ki, tamamilə dayandırılıb. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Milli Qəhvə İxracatçıları Assosiasiyasının (Asoexport) rəhbəri Qustavo Qomes bildirib ki, hazırda istehsal və ixrac proseslər

12 avqust
.

Hörmüz böhranı Körfəz ölkələrinin zəifliyini üzə çıxardı

Hörmüz boğazında yaranan böhran Körfəz ölkələrinin enerji və ərzaq təhlükəsizliyi baxımından dəniz marşrutlarından nə qədər asılı olduğunu nümayiş etdirib. Boğazdan keçən gəmiçiliyin pozulması regionun yalnız neft ixracına deyil, gündəlik istehlak üçün zəruri məhsulların tədarükünə də ciddi risk yaradıb

10 avqust