Polşaya düşən raketlərlə bağlı - Ağ Evdən açıqlama
ABŞ Polşada düşən raketlərin Ukraynaya məxsus olduğunu hesab edir, Vaşinqton və Varşava vəziyyəti aydınlaşdırmaq üçün Kiyevlə əlaqə saxlayıblar.
Bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün müntəzəm brifinqdə təsdiqləyib.
"Biz açıq şəkildə demişik ki, bizdə olan məlumatlar Prezident Dudanın (Polşa Prezidenti Andjey Duda-red.) ilkin qiymətləndirməsini təsdiqləyir ki, bu (partlayış-red.), çox güman, Ukraynanın hava hücumundan müdafiə raketinin Polşada təəssüf ki, düşməsinin nəticəsidir", - Jan-Pyer deyib.
"Ancaq burada əsas şey, Ukraynanın, dəfələrlə dediyimiz kimi, özünü müdafiə etmək hüququna sahib olmasıdır", - deyən Ağ Evin sözçüsü bu faciəli hadisəyə görə məsuliyyət daşıyan tərəfin Ukraynaya bir sıra raketlər atan Rusiya olduğunu əlavə edib.
Xatırladaq ki, noyabrın 15-i Polşa ərazisinə 2 raket düşüb. Raketlərin taxıl qurutma maşınlarına dəyməsi nəticəsində iki nəfər həlak olub. Polşanın Xarici İşlər Nazirliyi raketlərin Rusiya istehsalı olduğunu bildirib. Buna baxmayaraq, Polşa Prezidenti Andjey Duda qeyd edib ki, Varşava ölkəyə məhz hansı ölkənin raketlərinin düşməsi barədə dəqiq məlumata sahib deyil. Amerikalı məmurlar isə, Ukrayna qoşunlarının Rusiya raketlərini vurmaq üçün atdığı raketlərin Polşaya düşdüyünü deyib.
Ukrayna Prezidenti Volodimir Zelenski Polşa ərazisinə düşən raketin Ukraynanın deyil, Rusiyanın olduğuna şübhə etmədiyini bildirib. ABŞ Prezidenti Co Bayden isə Zelenskinin bu açıqlamasına "bu, sübut deyil", - deyə cavab verib./Qafqazinfo
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1471 Tarix: 19 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsrail ordusu Qəzzada 1,5 kilometr uzunluqda gizli tuneli məhv edib
İsrail hərbçiləri Qəzza zolağının cənubunda Fələstinin HƏMAS hərəkatının döyüşçüləri tərəfindən qazılmış 1,5 kilometr uzunluğunda tuneli məhv ediblər. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. "Qəzza zolağının cənubunda mühəndis-istehkam bölmələri "Yahalom"
15 oktyabrDünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1
15 oktyabrYəməndə prezident sarayına raket hücumu: 5 nəfər ölüb
Yəməndə husilərin raket hücumu nəticəsində prezident sarayı ərazisində azı beş nəfər həlak olub. Hadisə ölkədə davam edən silahlı qarşıdurma fonunda baş verib. The Guardian-a istinadən xəbər verir ki, hücum Yəməndə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib. Husilər ölkənin bəzi ərazilərinə nəzarə
16 oktyabrTramp İrana qarşı yeni addımlar atacağı ilə hədələyib
ABŞ prezidenti Donald Tramp İranla münaqişənin tezliklə başa çatacağını bir daha bəyan edib. Bununla yanaşı, o, İslam Respublikasına qarşı yeni addımlar atacağı ilə hədələyib. xəbər verir ki, Tramp bu barədə Alyaska ştatında Konqresə keçiriləcək aralıq seçkilərə həsr olunmuş mitinqdə danışıb. "Gözləyin
14 oktyabrSibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı
Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktua
15 oktyabrYaponiya Rusiyanın casusluq iddialarını rədd etdi
Yaponiyanın Baş naziri Sanae Takaiçi Rusiyada fəaliyyət göstərən yapon jurnalistin casusluq şübhəsi ilə saxlanılmasından sonra Tokionun bu ölkədə casusluq fəaliyyəti həyata keçirməsi ilə bağlı iddiaları rədd edib. xarici mətbuata istinadən xəbər verir ki, "Jiji Press"in məlumatına görə, "Hokkayd
15 oktyabr