Vətəndaşın ölkədən çıxışına qadağa qoyulubsa... Bunu necə BİLMƏLİDİR?

Vətəndaşın ölkədən çıxışına qadağa qoyulubsa... Bunu necə BİLMƏLİDİR?Noyabrın 18-də Yüksəliş Partiyasının sədri Anar Əsədlinin ölkədən çıxışına məhdudiyyət qoyulub. Partiya sədrinin feysbuk hesabında verdiyi açıqlamaya görə, o, bu barədə hava limanında olarkən bilib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən mətbuata verilən açıqlamada qedy edilir ki, Anar Əsədli barəsində tətbiq olunan qadağaya səbəb iki vətəndaşın dələduzluqla bağlı etdikləri şikayətdir.

Bu xəbərdən sonra ictimaiyyət arasında gedən müzakirələrdə insanlar iki qrupa ayrılıb. Kimi bu məsələdə məsuliyyətin hər kəsin öz üzərinə düşdüyünü, bilet alarkən ölkədən çıxışına məhdudiyyət qoyulub-qoyulmamasını yoxlamalı olduğunu, kimi də məhdudiyyət qoyulduğu halda vətəndaşa bildirilməli olduğunu deyir.

Bəs, vətəndaşın ölkədən çıxışına məhdudiyyət qoyulubsa, ona xəbərdarlıq edilməlidirmi?

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov Bizim.Media-nın sualını cavablandırarkən söyləyib ki, vətəndaşın ölkə hüdudlarından kənara çıxmasına məhdudiyyət qoyulduğu zaman ona məlumat verilməsi zəruridir:

"Bu, giriş-çıxış məlumatlarının vahid elektron portala daxil edilməsi vasitəsi ilə edilir və eyni zamanda vətəndaş hər bir halda məlumatlandırılmalıdır. Vətəndaşların məhkəmə qərarlarının icrası ilə əlaqədar ölkədən çıxışına məhdudiyyətin olub olmamasını Elektron Ədliyyə sistemində şəxsiyyət vəsiqəsi məlumatlarını daxil etməklə də yoxlanıla bilər, həmçinin vergi ödəyiciləri ilə əlaqədar da bu proses tamamilə elektronlaşmış, vətəndaşların həmin məlumatlara giriş imkanı tamamilə sərbəstdir".

Vəkil bildirib ki, cinayət işləri üzrə bu cür məhdudiyyət qoyulubsa, bunu vətəndaş özü müstəqil şəkildə elektron qaydada yoxlaya bilmir:

"Vətəndaşın ölkədən çıxışına məhdudiyyət qoyulması müxtəlif səbəblərdən ola bilər: cinayət, mülki işlər, vergi ödəyicisinin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması və s. Mülki işlərlə bağlı ölkədən çıxışa məhdudiyyət qoyulduğu halda elektron ədliyyə sistemində şəxsiyyət vəsiqəsi məlumatlarını daxil etməklə yoxlamaq mümkündür, lakin cinayət işləri üzrə bunu yoxlamaq üçün belə bir baza, imkan yoxdur. Məhdudiyyətin hansı orqan tərəfindən qoyulması ilə bağlı informasiyalar isə Dövlət Sərhəd Xidmətində ümumiləşdirilir və sərhəd keçid məntəqələrində bu məlumat yoxlanılır".

Roman Qaraşov qeyd edib ki, əgər vətəndaş ölkədən çıxdığı zaman məhdudiyyət qoyulduğunu bilirsə, bu zaman hansı səbəbdən məhdudiyyət qoyulmasını Sərhəd Xidmətindən müəyyənləşdirə bilər:

"Həmçinin məhdudiyyət əsassız şəkildə tətbiq edilibsə, yaxud məhdudiyyətin tətbiq olunması əsasları aradan qalxıbsa lakin hələ də bu cür məhdudiyyətlər tətbiq edilməkdə davam edirsə məhkəmə nəzarəti qaydasında vətəndaşlar şikayət edərək bu problemi aradan qaldıra bilərlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2239   Tarix: 19 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr