İşgəncə görən azyaşlının atası POLİS BÖLMƏSİNƏ gətirildi – RƏSMİ
Bakıda başında və bədənində zorakılıq izləri olan azyaşlı qızın tapıldığını xəbər vermişdik.
11 yaşlı qız dünən Suraxanı rayonu 31-ci bölmənin yerləşdiyi ərazidə baxımsız vəziyyətdə aşkarlanıb. 2012-ci il təvəllüdlü Məsumə Məmmədovanın bədənində köhnə sıyrıntılar, ağır və yeni zədələr, fiziki zorakılıq izləri müəyyən olunub. Başında isə açıq yara izləri müşahidə olunub.
Ehtimal olunur ki, anası vəfat edən azyaşlı doğmaları tərəfindən işgəncə və fiziki zorakılığa məruz qalıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi araşdırma aparıb. DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev saytımıza açıqlamasında bildirib ki, polis əməkdaşları tərəfindən azyaşlının atası müəyyən olunaraq övladı barədə məlumatlandırılıb:
"Ata müvafiq tədbirlərin icrası məqsədilə Suraxanı Rayon Polis İdarəsinə dəvət olunub.
Hazırda azyaşlı ilə bağlı araşdırmalar davam etdirilir". Azyaşlı hazırda Azərbaycan Uşaqlar Birliyinin sığınacağındadır.
Qeyd edək ki, küçədə yaşadığı ehtimal olunan 11 yaşlı Məsumə Məmmədova təhsildən də yayınıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO