Əkrəm Əylislidən Çingiz Abdullayevə ağır sözlər: "Savadsızdır, qıpqırmızı yalanlar uydurur"

Əkrəm Əylislidən Çingiz Abdullayevə ağır sözlər: "Savadsızdır, qıpqırmızı yalanlar uydurur"AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin Xalq şairi Ramiz Rövşəni tənqid edənləri "düşmən" adlandırması narazılıq yaradıb. Yazıçı Əkrəm Əylisli həmkarına sərt cavab verib.

AYB katibinin məlum fikrini "məzmunsuz və ünvansız söz yığını" adlandırıb. Əkrəm Əylisli belə deyib:

"Çingiz Abdullayevin sosial şəbəkədə yayımladığı məzmunsuz və ünvansız yazısına münasibət bildirməyə bəlkə də dəyməzdi. O mətnin tənqidə dözə biləcək bircə üfürümlük canı yoxdur. Mətn olduqca savadsızdır, həddən ziyadə bayağıdır. Büsbütün sovet zamanından qalma çılpaq demoqogiyadır. Bu mətn Çingiz Abdullayevin təkcə yazmaq və düşünmək imkanlarının acınacaqlı göstəricisi deyil, bu, həm də AYB-dəki mövcud əxlaqi və mənəvi durumun miskin mənzərəsini özündə gen-bol əks etdirir.

Hamıya məlum olduğu kimi, "dünya şöhrətli yazıçımız", eyni zamanda öz xalqının, millətinin atəşin vurğunudur. Kişi bu yolda illər boyu can qoyub, böyük əziyyətlərə qatlaşıb. Ancaq nə etmək olar ki, bəzi "aciz və cılız" adamlar bunu görmür, görmək istəmir. Hətta elə əclaflar tapılır ki, onun dünya şöhrətinə təcüvaz etməkdən də "ölmür-utanmır". Belələri "bu böyük şəxsiyyətin" barəsində çirkin rəvayətlər uydurur, murdar şayiələr yayır. Məsələn, yaramazlar deyirlər ki, o, canından çox sevdiyi millətinin dilində 3 cümləni yan-yana yaza bilmir və guya bizim ana dilimizdə bu adam erməninin, yəni "mənfur düşmənimizin" əttökən ləhcəsində danışır. Yalandır, böhtandır. Bunu deyənlər "layiqsiz, qramofonlardır, oğru və səviyyəsizdirlər, daha dərindən baxsaq, xalqımızın düşmənləridirlər".

Fikir verin: bu mətnin bir cümləsi belə normal Azərbaycan dilində deyil. Üstəlik, rus dilini kamil bilən, rusca savadlı adam, özünün statusunda məlum "qrafomanlar" sözünü "qramofonlar" şəklində yaza bilməz. Bu, savadsızlıqdır. Mən Çingizin barəsində əvvəllər mətbuatda bir sıra sərt fikirlər səsləndirmişdim, amma onlara cavab verməyə zoru çatmadı. İndi bir növ özünə bənzəyən "samballı avtoritet" sahiblərinin arxasında gizlənib özünü qəhrəman kimi göstərir. Eynilə misdən qızıl qayıran Molla İbrahim-Xəlil Kimyagərin "texnologiyası" əsasında yalanı doğru adına sırıyan Çingiz Abdullayev özünün bu unikal məharətindən o qədər cuşa gəlir ki, heç vaxt olmadığı, iştirak etmədiyi tədbirlər barəsində eninə-uzuna söz deyir, qıpqırmızı yalanlar uydurur.

1987-ci ildə Yazıçılar İttifaqına yeni rəhbər seçilən vaxt Çingiz Abdullayev orada olmayıb. O vaxt Çingiz Abdullayev Yazıçılar İttifaqının nəinki katibi, hətta heç sıravi üzvü də deyildi. O, Yazıçılar İttifaqına Əbdürrəhman Vəzirovun vaxtında, necə deyərlər, birbaşa yuxarıdan gəldi. O vaxt Çingizi yazıçı kimi heç kəs tanımırdı. Çingiz Abdullayev qazandıqlarının hamısını məhz Yazıçılar İttifaqının katibi olmasının sayəsində qazanıb. Və elə buna görə də təxminən 35 il bundan əvvəl yuxarıların əli ilə qamarladığı vəzifədən hələ də heç cürə əl çəkə bilmir.

Son olaraq, "dünya şöhrətli yazıçımızın" nəzərinə çatdırmaq istərdim ki, İsa Qəmbərin həbsdən azad edilməsi Anarın və Yusifin xidməti deyil. Onlar sadəcə yuxarıların tapşırğını can-başla yerinə yetiriblər. İsa bəyi müdafiə komitəsinin sədri mən olmuşam, onun həbsdən azad edilməsi barədəki müraciəti şəxsən mən imzalamışam. İsa bəy həbsdən azad ediləndən sonra mənim Heydər Əliyevə göndərdiyim təşəkkür teleqramı ovaxtkı mətbuat orqanlarının az qala hamısında dərc edilib.

Dünyada saf, ya saxta ömür yaşamaq hər kəsin öz işidir. Ancaq heç "dünya şöhrətli yazıçının da" tarixi saxtalaşdırmağa haqqı yoxdur./Yenisabah


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2859   Tarix: 19 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr