Dünyanın ən gənc milyarder qadınını 11 illik həbs cəzası gözləyir
"Theranos"un qurucusu Elizabet Holmsu fırıldaqçılıq və investorları aldatmaq ittihamı ilə 11 il 3 ay həbs cəzası gözləyir.
Müvafiq qərarı Kaliforniya federal məhkəməsi verib.
2010-cu illərin əvvəllərində Holms "yeni Stiv Cobs" adlandırılırdı. Səkkiz il əvvəl isə o, dünyanın ən gənc qadın milyarderi oldu.
"Theranos" illər ərzində universal bir cihaz üzərində işləyib. Bu aparat bir damcı qandan istifadə etməklə yüzlərlə müxtəlif xəstəliklərə, o cümlədən xərçəng və diabetə diaqnoz qoymalı idi. Lakin məhkəmənin müəyyən etdiyi kimi, cihaz saxta olub və şirkət rəhbəri layihənin investorlarını bilərəkdən çaşdırıb.
Holms cəzasını aprelin 27-dən çəkməli olacaq. Onun bir yaşlı oğlu var və hazırda ikinci övladına hamilədir. Qadının müdafiəçilərinin hökmdən apellyasiya şikayəti verəcəyi gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1052 Tarix: 20 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabr