"İsrail Azərbaycanla sıx əlaqələrə malikdir və daim bizi beynəlxalq platformalarda dəstəkləyib"-DEPUTAT
"Azərbaycanın İsraildə səfirlik açması önəmli hadisədir və milli maraqlarımızı özündə ehtiva edir".
Bunu Sonxeber.az-a açıqlamasında deputat Aydın Hüseynov bildirib.
Deputat qeyd edib ki, İsraildə səfirliyin açılması ilə bağlı sənəd Prezident cənab İlham Əliyev tərəfindən təqdim olunub:
"Azərbaycan eyni zamanda Fələstində də Təmsilçilik Ofisini açacaq. Azərbaycan bir çox müsəlman ölkələrindən fərqli olaraq İsraildə səfirlik açmaqla yanaşı Fələstində də Təmsilçilik Ofisi açır.
Hər kəsə bəllidir ki, İsrail Azərbaycanla sıx əlaqələrə malik dövlətdir və daim bizi beynəlxalq platformalarda dəstəkləyib. Həmişə olduğu kimi 44 günlük Vətən Müharibəsində də bəzi ölkələrdən fərqli olaraq İsrailin tam dəstəyini gördük. Bu gün Azərbaycan İsraillə bir çox sahələrlə yanaşı, hərbi sahədə də əməkdaşlıq edir. İki dövlət arasında əməkdaşlığın daha da irəliyə daşınması vacib idi. Təl-Əvivdə səfirliyimizin fəaliyyətə başlamasından sonra münasibətlərimiz daha da inkişaf edəcək".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO