Rəşad Dağlı ilə bağlı ailəsindən müraciət
Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif videomüraciət yayımlayıb.
Axşam.az xəbər verir ki, o, atası üçün atılan addımlardan ailənin narahat olduğunu bildirib. Yusif üzərində atasının şəkli olan köynəklərin yığışdırılmasını istəyib:
"Atamı sevənlərə, dəstək olanlara, dua edənlərə minnətdaram. Atamla bağlı hər hansı bir addımın atılmasını istəmirik. Çünki həmin hərəkətlər birmənalı qarşılanmır və bizə pis təsir edir. Dua edin yetər".
Bununla bağlı video Rəşad Dağlının və Yusifin öz şəxsi səhifəsində paylaşılıb. Yusif atasının profilini əmisinin işlətdiyini deyib.
Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO