Gender yönümlü pedaqogika üzrə təhsil resurslarının tədris kurikulumlarına inteqrasiyası ilə bağlı yol xəritəsi hazırlanıb

Gender yönümlü pedaqogika üzrə təhsil resurslarının tədris kurikulumlarına inteqrasiyası ilə bağlı yol xəritəsi hazırlanıbAvropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra edilən "Genderə həssas məktəblərin təşviqi" layihəsi çərçivəsində noyabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində "Azərbaycanda genderə həssas məktəblərin təşviqi: Gender yönümlü pedaqogika" mövzusunda təşkil edilmiş dəyirmi masada gender yönümlü pedaqogika üzrə hazırlanmış təhsil resurslarının tədris kurikulumlarına inteqrasiyası ilə bağlı yol xəritəsi hazırlanıb.
Aidiyyəti dövlət qurumlarının, pedaqoji kadr hazırlayan ali və orta ixtisas təhsil müəssisələrinin, beynəlxalq və qeyri-hökümət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbir layihə çərçivəsində hazırlanan gender pedaqogikası üzrə məzmunun pedaqoji kadr hazırlayan ali və orta ixtisas təhsil müəssisələrinin kurikulumuna inteqrasiyasını təşviq etmək məqsədilə həyata keçirilib.

"Regional İnkişaf" İctimai Birliyinin "Genderə həssas məktəblərin təşviqi" layihəsinin rəhbəri Zərifə Məmmədli çıxış edərək, ölkədə təhsil sahəsində görülən işlərə dəstək məqsədilə İctimai Birliyin yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq əsasında həyata keçirdiyi layihələrdən danışıb, bu tədbirlərin davamı olan bugünkü müzakirələrin əhəmiyyətinə diqqət çəkib. Z.Məmmədli layihə çərçivəsində ali və ümumi təhsil müəssisələrində çalışan müəllimlərin genderə həssas pedaqogika üzrə bacarıqlarının artırılması, məktəb icması və geniş ictimaiyyət arasında gender məlumatlılığının artırılması istiqamətində görülən işlər haqqında məlumat verərək, müvafiq tədris proqramlarına inteqrasiyası nəzərdə tutulan materialların təhsil müəssisələrində genderə həssas mühitin təkmilləşdirilməsində faydalı olacağına inandığını bildirib.

Təhsil İnstitutunun Layihələrin idarə olunması şöbəsinin müdiri Nailə Ömərova diqqətə çatdırıb ki, genderə həssas və keyfiyyətli təhsil sisteminin yaradılması yolunda ən effektiv vasitələrdən biri təhsil proqramlarının xüsusi kontekstə və ehtiyaclara uyğunlaşdırılması və müvafiq hədəf qruplarının təlimləndirilməsidir. Layihə çərçivəsində hazırlanan gender yönümlü pedaqogika məzmunu genderə həssas təhsil mühitinin formalaşması, müəllimlərin genderə həssas metodologiyalar barədə məlumatlılığının artırılmasında vacib əhəmiyyətə malikdir. Həmçinin hazırlanan məzmunun pedaqoji təhsilin kurikulumuna inteqrasiyası istiqamətində aparılan işlər, təcrübələr və bu sahədə atılacaq addımlar barədə də tədbir iştirakçılarına məlumat verilib.

Layihə üzrə əsas tərəfdaş universitetlərdən biri olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov öz çıxışında sosial həyatın bütün istiqamətlərində, xüsusilə də təhsil sahəsində gender bərabərliyinin təmin olunmasının mühüm əhəmiyyət daşıdığına diqqət çəkib. Xüsusilə də öyrənmə prosesində keyfiyyətin yüksəlməsi üçün gender pedaqogikasının əhəmiyyətli rolu, bu baxımdan ənənəvi pedaqogikadan gender pedaqogikasına keçid və genderə həssas mühitin formalaşdırılmasının vacib şərt hesab olunduğunu qeyd edib.

Daha sonra təhsildə genderə həssas mühitin yaradılması və bu sahədə görülən işlər, gender pedaqogikası üzrə məzmunun tədris kurikulumuna inteqrasiyası yolları və atılacaq növbəti addımlar barədə ətraflı müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq təhsil siyasətindəki bərabərlik prinsipinin diqqətdə saxlanması, orta təhsil müəssisələrində gender bərabərliyinin təşviqi üçün pedaqoji kadr hazırlığının təkmilləşdirilməsi, müəllimlər üçün ixtisasartırma təhsilində gender pedaqogikasının proqrama daxil edilməsi, dərsliklərin qiymətləndirilməsi zamanı gender aspektinin nəzərə alınması, məktəbəqədər təhsildə də gender yönümlü pedaqogikanın tətbiqi, həmçinin gender pedaqogikası ilə bağlı müəllimlərin təlimləndirilməsində ali təhsil müəssisələrinin "Regional İnkişaf" İctimai Birliyi ilə əməkdaşlığının genişləndirilməsi və digər vacib məsələlərlə bağlı təkliflər qeydə alınıb.

Gender yönümlü pedaqogika üzrə təhsil resurslarının tədris kurikulumlarına inteqrasiyası ilə bağlı yol xəritəsi hazırlanıbGender yönümlü pedaqogika üzrə təhsil resurslarının tədris kurikulumlarına inteqrasiyası ilə bağlı yol xəritəsi hazırlanıbGender yönümlü pedaqogika üzrə təhsil resurslarının tədris kurikulumlarına inteqrasiyası ilə bağlı yol xəritəsi hazırlanıbGender yönümlü pedaqogika üzrə təhsil resurslarının tədris kurikulumlarına inteqrasiyası ilə bağlı yol xəritəsi hazırlanıbGender yönümlü pedaqogika üzrə təhsil resurslarının tədris kurikulumlarına inteqrasiyası ilə bağlı yol xəritəsi hazırlanıbGender yönümlü pedaqogika üzrə təhsil resurslarının tədris kurikulumlarına inteqrasiyası ilə bağlı yol xəritəsi hazırlanıbGender yönümlü pedaqogika üzrə təhsil resurslarının tədris kurikulumlarına inteqrasiyası ilə bağlı yol xəritəsi hazırlanıbGender yönümlü pedaqogika üzrə təhsil resurslarının tədris kurikulumlarına inteqrasiyası ilə bağlı yol xəritəsi hazırlanıb


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 807   Tarix: 21 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr