Gözlərimizi necə qoruya bilərik? - VACİB QAYDALAR
Gözlərin sağlamlığını qorumaq üçün bir neçə sadə qaydalara riayət etmək kifayətdir.
Lent.az həmin qaydaları təqdim edir.
1. Kompüter istifadə edərkən fasilə verin
Kompüter gözlərinizə zərər verməz, amma göz yorğunluğu və quruluğuna səbəb ola bilər. "20-20" qaydasına əməl edin. Yəni 20 dəqiqədən bir, 20 saniyə müddət ilə təxminən 6 metr uzağa baxmağa çalışın. Bundan əlavə, monitorunuzu üst kənarı göz səviyyəsində olacaq şəkildə təxminən 50-60 santimetr uzağa yerləşdirin.
2. Gün eynəyindən istifadə edin
Günəş dəriniz kimi gözlərinizə də zərər verə bilər. Katarakt xəstəliyinin meydana gəlməsini sürətləndirdiyi kimi, günəş şüaları sarı nöqtə xəstəliyinə da səbəb ola bilər. Bundan əlavə, allergik şikayətlərinizin artmasının əsas səbələrindən biri məhz günəş şüalarıdır. Çöldə olduğunuz günlərdə hava buludlu belə olsa, gün eynəyi istifadə edin.
3. Gözlərinizin sağlamlığı üçün düzgün qidalanın
Sitrus bitkiləri, tünd yaşıl yarpaqlı tərəvəzlər, lobya, noxud, yağsız qırmızı ət və dənli bitkilər kimi həzm prosesinə köməkçi olan qidalar ürək üçün faydalı olduğu qədər göz sağlamlığınız üçün də yararlıdır. Eyni zamanda kök, balıq, üzüm, soğan və sarımsaq gözlərinizin sağlamlığı üçün köməkçi qidalardır. Sarı nöqtə xəstəliyinin qarşısını almaq üçün ispanaq, pomidor və qarağat kimi qidalar ilə yanaşı, C, E və A vitaminləri, maqnezium, selenium, sink kimi mineralları ehtiva edən qidalar da istehlak edə bilərsiniz.
4. Gözlərinizdəki problemlərə laqeyd yanaşmayın
Gözlərinizdə qaşıntı və ya qırmızılıq varsa soyuq kompres, antiallergik göz damlalarından istifadə edin. Gözünüzə qum düşmüş kimi hiss edirsinizsə, gözlərinizi təmiz su və ya gözyaşı damlası ilə durulayın. Gözlərinizdə ağrı, şişmə, işığa həssaslıq kimi dəyişikliklər hiss etdikdə, mütləq göz həkiminə müraciət edin.
5. Linzalarınızın təmizliyinə diqqət yetirin
Linzaları istifadə etməzdən əvvəl əllərinizi sabunla yuyun. Göz həkiminizin təsdiq etdiyi damcı və məhlullar istifadə edin. Linzaları yatmazdan əvvəl hər axşam çıxarın və istifadə xüsusiyyətlərinə görə hər 15 gün və ya bir aydan bir (maksimum halda 3 aylıq linzalardan istifadə edin) yenisi ilə dəyişdirin. Linzaların təmizləmək üçün istifadə etdiyiniz solüsyonları (məhlulları) hər gün yenisiylə dəyişdirməyə laqeyd yanaşmayın. Dənizə, ya da hovuza linzaları çıxarmadan girməyin. Linzaları gün ərzində 8 saatdan artıq istifadə etməyin. Kompüterdən istifadə edərkən gözləriniz sürətlə quruduğu üçün linza əvəzinə eynəkdən istifadə edin.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO