Azərbaycanda 6 aylıq hamilə qadını zorlamaq istəyən kişi CƏZALANDIRILDI
Xaçmazda qadınların evinə girərək zorla onlarla cinsi əlaqədə olmağa çalışan 1990-cı il təvəllüdlü Kənan Bayramov (soyadlar şərtidir) cəzalandırılıb.
Sfera.az xəbər verir ki, o, 2020-ci ilin sentyabrın 24-də 6 aylıq hamilə olan İlahə Quliyevanın evinə daxil olaraq onunla zorla cinsi əlaqədə olmağa çalışıb.
Belə ki, hadisə günü İlahə çimdikdən sonra saçını fenlə qurudarkən qəflətən Kənan əli ilə onun ağzından tutub boğazına bıçaq dayayaraq səs çıxartmamasını deyib və onunla cinsi əlaqədə olmaq istədiyini bildirib. Həmin gün İlahə iki oğlunu çörək almağa göndərdiyindən evdə tək olub. İlahə ona evdə olan qızılları götürməsini və onu buraxmasını desə də, Kənan razılaşmayıb. Bu zaman oğulları darvazanı döyməyə başlayıb. Kənan İlahəyə uşaqları içəri salmasını və geri qayıtmasını tapşırıb. İlahə isə uşaqlara qaçmalarını deyərək özü də kömək üçün qonşusunun evinə gedib.
Bundan başqa Kənan Bayramov 2021-ci ilin iyunun 23-də tək yaşayan Kəmalə Yaqubovanın evinə daxil olaraq onunla zorla cinsi əlaqədə olmağa çalışıb. Belə ki, o Kəmalənin mətbəxindən bıçaq götürərək Kəmalənin boğazına dayayıb. O, Kəmaləni zorlamağa çalışsa da, qadın qaçaraq xilas olmağı bacarıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Bayramov Cinayət Məcəlləsinin 29, 149.2.4-cü (xüsusi amansızlıqla zorlamaya cəhd), 29, 149.2.5-ci (təkrar zorlamaya cəhd), 157.1-ci (mənzil toxunulmazlığını pozma), 181.2.3-cü (quldurluq- yaşayış sahəsinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.5-ci (quldurluq- silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO