Azərbaycanlı tələbə Sibirdə gözəllik müsabiqəsinin qalibi oldu - FOTO
Rusiyada yaşayan Azərbaycan əsilli tələbə Mariya Əliyeva Tomskda keçirilən "Etnogözəllik" gözəllik və istedad müsabiqəsinin qalibi olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə tədbirin təşəbbüskarı Sibir Dövlət Tibb Universitetinin saytında xəbər verilib.
Bildirilir ki, qələbə uğrunda Tomsk şəhərinin yeddi təhsil müəssisəsindən 12 tələbə qatılıb. Onlar müxtəlif etnik qrupları, xalqları və adət-ənənələri dəfilə geyimləri, yaradıcı çıxışları və mədəniyyət təqdimatı ilə təmsil ediblər. Müsabiqə zamanı iştirakçılara çeviklik və dartınma, çay içmək adətləri, kukla toxuması üzrə ustad dərsləri təşkil olunub, fotosessiyalar keçirilib.
Müsabiqənin qalibi Azərbaycan mədəniyyətini təmsil edən Sibir Dövlət Tibb Universitetinin pediatriya fakültəsinin I kurs tələbəsi Mariya Əliyeva olub.
"Uşaqlıqdan yaradıcılığı çox sevirəm və özümü bayanda, fortepianoda ifa etmək, şeir oxumaq, vokal, rəsm çəkmək, rəqs etmək kimi müxtəlif istiqamətlərdə sınamışam. Bir çox yarışlarda iştirak etmişəm. Bütün bunlar səhnəni və tamaşaçıları sevməyimə kömək etdi, düşünürəm ki, bu, əvəzolunmaz enerji verir", - deyə qalib bildirib.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO