Nazirlik Kukla Teatrında yoxlamalara başlanılmasının səbəbini AÇIQLADI - YENİLƏNİB
Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Kukla Teatrında araşdırma aparması barədə açıqlama verib.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən həyata keçirilən islahatlar çərçivəsində nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabe qurumların fəaliyyəti yoxlanılır:
"Aşkar edilən nöqsanlarla bağlı müvafiq tədbirlər görülür. Nazirliyin tabeliyində fəaliyyət göstərən teatrlarda da yol verilən pozuntu hallarına dair nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb.
Bununla bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmri əsasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb".
Qeyd edilib ki, xidməti araşdırmanın nəticələri barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək.
11:54
Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Kukla Teatrında yoxlamalar aparır.
"Report" xəbər verir ki, nazirliyin araşdırmaları noyabrın 18-dən başlayıb.
Yoxlamanın keçirilməsinə rejissor Səidə Haqverdiyevanın mətbuatda səsləndirdiyi iddiaların səbəb olduğu bildirilir.
Qeyd edək ki, S.Haqverdiyevanın sözlərinə görə, mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında biletlərin qiymətinin artırılmasını təklif edib. Keçmiş məmur təklifini Kukla Teatrının ötən ilin dekabr ayında keçirilən 90 illik yubileyində səsləndirib.
Rejissor bildirib ki, teatrın direktoru Rəşad Əhmədzadə təklifə etiraz edib. Bu isə Elnur Əliyevin xoşuna gəlməyib. Həmin görüşdən sonra teatrın illik plan proqnozu 50 faiz artırılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO