Bakının bu ərazisində evlər sökülür - Sakinlərə 2 il ərzində 500 AZN kirayə haqqı veriləcək - FOTO
Paytaxtın Nəsimi rayonunda yerləşən, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Novruzov qardaşları, Maqsud Əlizadə və Həsən Əliyev küçələrini əhatə edən, "Papanin" kimi tanınan ərazidə həyət evlərinin söküntüsünə başlanılıb. Söküntü işləri əsasən həyət evləri üzərində aparılır.
Tikinti layihəsinə uyğun olaraq həyət evləri söküldükdən sonra həmin ərazidə çoxmərtəbəli binalar inşa olunacaq.
BAKU.WS-in məlumatına görə, tikinti şirkətinin nümayəndəsi Trend-ə bildirib ki, 192 ailə tikinti şirkəti ilə artıq razılığa gələrək köçürülüb. Digər ailələrlə isə danışıqlar aparılır. Müqavilə bağlanan ailələrin mənzilləri mərhələli şəkildə sökülür. Ərazidə isə şəhərin memarlıq üslubunu nəzərə almaqla çoxmərtəbəli bina inşa olunacaq.
"288 ailənin buradan köçürülməsi nəzərdə tutulub. Hər ay müəyyən sahəyə uyğun olaraq onlara mənzil kirayəsinə görə pullar ödənilir. Ərazidə 11 girişli 16 mərtəbəli evlərin tikilməsi nəzərdə tutulub", - şirkət nümayəndəsi qeyd edib.
Sökülən ərazilərdə çoxmərtəbəli binanın inşası iki il ərzində yekunlaşacaq. İlk olaraq kirayəyə çıxan sakinlər mənzillərlə təmin ediləcəklər. BAKU.WS-in məlumatına görə, hər ailəyə iki il müddətində 500 AZN kirayə haqqı veriləcək. İstəyən şəxslərə yeni binalarda tikinti başa çatdıqdan sonra əlavə 20 kvadrat metr mənzillər veriləcək.








Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO