"Üç yaş bitənə qədər uşaqlar telefon və planşetlə tanış edilməməlidirlər" - Psixoloq
İstiqamət: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
"Uşağın müsbət yönləri vurgulanaraq özünə deyildikdə bacarıqlarının həqiqi müsbət cəhətlərinin fərqinə varır. Burada vacib olan məqam ondan ibarətdir ki, ana və ata uşağı gördüyü işlərdə aldığı nəticəyə görə yox, onun istəyinə, çəkdiyi zəhmətə görə dəyərləndirməlidirlər. Uğur qazanmayıbsa, düzgün metoddan istifadə etmədiyi uşağa başa salınmalıdır".
Bu sözləri psixoloq Mailə Əzizli Sonxeber.az-a uşaqların mənəvi və fiziki inkişafı ilə bağlı danışarkən deyib.
O həmçinin qeyd edib ki, Körpə və uşaq üçün ən yaxşı oyun insandır. 3 yaşlarına qədər uşaqlar məntiqlə düşünə bilmirlər, bu zaman düzgün qaydaların davamlılığı üçün xatırlatmalar və təkrarlar edilməlidir:
"İlk növbədə valideynlər uşaqlarının fərdi xüsusiyyətlərini bütün yaş dövrlərində diqqətlə izləməli, onların istəklərini empatiya hissi ilə dinləməli, onlarla vaxtaşırı səmimi ünsiyyətdə olmalıdırlar. Valideynlər uşaqlar böyüdükcə onlarla ünsiyyət qurmağa çətinlik çəkir, övladlarının yaş xüsusiyyətlərini tanıya bilmirlər. Valideyn və uşaq arasında sevgi bağı qırıldıqda uşaqda bir çox problemlərin əsası qoyulmağa başlayır. Cəmiyyətdə yayılmış bu problemlərə misal olaraq özgüvən azlığı, ərköyünlük, davranış pozuqluğu, pis çevrəyə qoşulma, yeniyetmələr arasında pis vərdişlərə aludə olmaq, özünü tapa bilməmək və s. göstərmək olar. Hər iki valideyn övladları ilə körpə yaşlarından etibarən aktiv dinləmə vasitəsilə ünsiyyətdə olmalı, birlikdə daha çox fəaliyyətlər etməli, zamanı səmərəli keçirtməlidir. Məsələn, ailə iclasları, ailə ilə keçirilən oyunları misal göstərmək olar. Valideynlər övladları ilə cinsi tərbiyə mövzusunda da sərhəd qoymamalı, onlarla bu barədə maarifləndirici söhbətlər aparmaqdan çəkinməməlidirlər. Uşaq tərbiyə və inkişafı olduqca geniş mövzudur. Uğurlu şəxsiyyət yetişdirmək üçün 0-6 yaş ciddi dövrdür. Bu dövrlərdə zehni-sosial-mənəvi formalaşma üçün investisiya edilməsə, sonrakı dövrlərdə çox çətin ola bilər. Körpə və uşaqda etimad duyğusunun inkişaf etdirilməsi, duyğuların müəyyən edilməsi, empatiya və özgüvən formalaşdırılması uşağın yaxşı və uğurlu olmasına gətirib çıxarır. Uşağın şəxsiyyət olaraq dəyərli olduğunu hiss etməsi təmin edilməlidir. Uşağın müsbət yönləri vurgulanaraq özünə deyildikdə bacarıqlarının həqiqi müsbət cəhətlərinin fərqinə varır. Burada vacib olan məqam ondan ibarətdir ki, ana və ata uşağı gördüyü işlərdə aldığı nəticəyə görə yox, onun istəyinə, çəkdiyi zəhmətə görə dəyərləndirməlidirlər. Uğur qazanmayıbsa, düzgün metoddan istifadə etmədiyi uşağa başa salınmalıdır. Uşaq təcrübələrində uğur əldə etməsə, irəliləyə bilməz. Mənfi yüklü şeylərə diqqət etməmək, qüsurlar üzərində dayanmamaq, olanı təqdir edib mükafatlandırmaq çox vacibdir. Uşaqlara çox əşya oyuncaq almaq onlara aşılanan süni bədbəxtlikdir. Körpə və uşaq üçün ən yaxşı oyun insandır. Uşağın qəbul edilə bilən səhvlər etməsinə icazə verilməlidir. 3 yaşlarına qədər uşaqlar məntiqlə düşünə bilmirlər, bu zaman düzgün qaydaların davamlılığı üçün xatırlatmalar və təkrarlar edilməlidir. Üç yaş bitənə qədər uşaqlar elektron vasitələr, televizor, telefon və planşet kimi əşyalarla tanış edilməməlidir".
Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO