6 qız anası: "İstəyirəm oğlum da olsun" - FOTO
Ötən gün Gəncə Regional Perinatal Mərkəzdə 30 yaşlı Günel Məmmədova hamiləliyin 31-ci həftəsində üçəm qızlar dünyaya gətirib. Bu, Günel Məmmədovanın 4-cü hamiləliyidir. Ailənin 5, 6 və 8 yaşlarında 3 qız övladı var. Məmmədovlar ailəsi oğul gözləyərkən, yenidən 3 qız sahibi olublar.
Sonxeber.az xəbər verir ki, ictimaiyyətin, sosial şəbəkələrin də diqqət göstərdiyi 6 qız anası olan Günel Məmmədova Modern.az-a danışıb.
Hazırda xəstəxanada olan G.Məmmədova deyib ki, 6 qız anası olduğu üçün çox xoşbəxtdir:
"3 qız anası idim, oğlan övladımın dünyaya gəlməsi üçün müalicə alırdım. Daha sonra həkimə getdim və üçəm qızlara hamilə olduğumu bildim. Həyat yoldaşım da, mən də üçəmlərin dünyaya gəlməsini istədik. Hazırda körpələrin səhhəti yaxşıdır. Aytəkinin çəkisi 1 kq 600qr, Gültəkinin 1kq 500qr və Nurtəkinin çəkisi isə 1kq 400qr-dır. Digər 3 qızımın adı isə Xəyalə, Ayşə və Zəhradır. Onlar da evdə bacılarını gözləyirlər. Yoldaşım da çox sevinir, bəzi kişilər kimi yenidən qız atası olduğu üçün heyfislənmir".
6 qız anası ailənin sosial vəziyyətinin yaxşı olmadığını bildirib:
"Mən çalışmıram, yoldaşım isə avtoyuma məntəqəsində işləyir. Gəliri çox aşağı olur, gündəlik 10-15 manat pul qazanır. Ailələrimizin də sosial vəziyyəti yüksək deyil ki, bizə yardım etsinlər. Körpələri böyütmək üçün dövlət qurumlarından kömək istəyirəm. Övladlarımın sayının çoxluğunu nəzərə alıb mənə yardım ediləcəyini düşünürəm".
G.Məmmədova qeyd edib ki, sosial vəziyyəti uyğun olarsa, növbəti dəfə ana olmaq istəyər:
"Çünki yoldaşımın da, mənim də arzum oğul övladımızın olmasıdır. Qismət olarsa, yenidən ana olmaq istəyərəm".
Hazırda Şəmkirdə yaşayan Məmmədovlar ailəsi 6 qızı heç bir kömək olmadan böyüdəcəyini deyib:
"Digər qızlarım nisbətən böyükdürlər. Düşünürəm ki, bacılarının gündəlik baxımında mənə kömək edəcəklər".
Qeyd edək ki, G.Məmmədova beşdən çox uşağı olan valideyn sayıldığından çoxuşaqlı analara verilən müavinətdən yararlana biləcək.
Qanunvericiliyə görə, beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı (yəni altıncı uşaq) bir yaşına çatdıqda:
- Uşağın 18 yaşı tamam olan ayın sonunadək;
- Hər uşağa görə 70 manat ödənilir.




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO