Azərbaycanda "patı" dövriyyəsi kəskin artıb - RƏSMİ + VİDEO
Bu ilin 10 ayı ərzində gömrük sərhədində 905 kq-a yaxın narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.
Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2022-ci ilin 10 ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 64 fakt aşkar olunub.
Bu faktlar üzrə ümumilikdə 904 kq 611 qramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən götürülüb. Onların 92,6%-ni daha təhlükəli ağır narkotiklər olan heroin və metamfetamin təşkil edib. Belə ki, 458 kq 297 qram heroin və 379 kq 494 qram metamfetamin aşkarlanaraq qanunsuz dövriyyədən götürülüb. Bundan əlavə 57 kq 103 qram tiryək, 5 kq 98 qram həşiş, 2 kq 653 qramdan çox marixuana, 260,89 qram kokain, 442,904 qram metadon, 732 qramdan çox metilendioksiamfetamin, 254,79 qram mefedron (4-metilmetkatinon),104,3 qram MDMA (ekstazi), 97,28 qram amfetamin və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.
Qurumdan bildirilib ki, ciddi narahatlıq doğuran məsələlərdən biri də "qara bazar"da "patı", "şüşə" adlandırılan və son dərəcə təhlükəli maddə sayılan metamfetaminin xüsusi çəkisinin kəskin artaraq əvvəlki illərlə müqayisədə rekord həddə çatmasıdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO