Fərhad Əhmədov həbs edilməsi barədə iddialara aydınlıq gətirdi - YENİLƏNİB
Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov həbs olunması ilə bağlı mətbuatda yayılan xəbərlər haqda açıqlama ilə çıxış edib.
"Yeni Sabah"a daxil olan müraciətdə F. Əhmədov bildirib ki, son günlər barəsində həqiqətə uyğun olmayan məlumatlar yayılıb:
"KİV-də mənim DTX tərəfindən saxlanılmağım, mənə məxsus evlərdə axtarış aparılması və mənim casusluqda ittiham olunduğum haqda absurd ittihamlar səsləndirilir.
Mənim DTX tərəfindən saxlanılmağım və mənə qarşı hər hansı ittihamların irəli sürülməsi haqda məlumatlar həqiqətə uyğun deyil.
Tədqiqat və istintaq orqanlarına dəvət olunmaq cinayətdə ittiham olunmaq demək deyil.
Əfsuslar olsun ki, bu gün informasiya vasitələri gündəmdə qalmaq üçün mənim adımdan istifadə edirlər. Mənimlə bağlı əks-reklam xarakterli yazılar dərc olunur. Mən Rusiya Federasiyasının vətəndaşı olmaqla yanaşı azərbaycanlıyam və istər əvvəllər mövcud olmuş siyasi fəaliyyətimdə, istərsə də biznes fəaliyyətimdə vətənim olan Azərbaycana qulluq etmişəm".
F. Əhmədov həmçinin qeyd edib ki, bu tipli yazıların dərc olunması onun nüfuzdan salınmasına xidmət edir.
16:20
Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun işində yeni detallar üzə çıxıb. Onun casusluq versiyası üzrə təqsirləndirildiyi və Azərbaycana qarşı topladığı informasiyaları xaricə ötürdüyü iddia olunur.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Azərbaycanın tanınmış "Telegram" kanallarında yer alıb.
Mənbə yazır ki, bu illər ərzində Əhmədov pulun hesabına geniş informasiya şəbəkəsi yaradıb.
Bu siyahıda tanınmış şəxslər, sənət adamları, ziyalılar və media rəhbərləri də olublar.
Onlar 44 günlük müharibənin gedişi ilə bağlı yüksək rütbəli zabitlərdən aldıqları informasiyaları Əhmədova ötürüblər. O isə öz növbəsində toplanılan səs yazılarını, audio və video faylları Rusiyaya verib.
İddia olunur ki, artıq xüsusi xidmət orqanlarında Əhmədova məlumat verənlərin siyahısı da var, hətta o şəxslərin adlarının açıqlanacağı bildirilir.
Mənbə bildirir ki, mərhum polkovnik Babək Səmidlinin müharibə ilə bağlı danışdığı söhbətinin lent yazısında qarşı tərəf Fərhad Əhmədov olub:
"Əhmədovun isə sonradan bunu sızdırıb-sızdırmadığını bilmirəm. Amma bilirəm ki, Əhmədov və onun dostları həbs olunacaqlar və uzun müddət həbsdə qalacaqlar", - deyə mənbə fikrini yekunlaşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO