Sumqayıtda şok olay - Gənc oğlan sevgilisinə işgəncə verdi - TƏFƏRRÜAT
Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü Qədir sevgilisi İradəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Sonxeber.az teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qədir bildirib ki, İradə onun qeyri-rəsmi yaşadığı qadındır:
"Biz təxminən 1 ildir tanış olmuşuq, elə həmin müddətdən birlikdə qeyri-rəsmi ər-arvad kimi yaşamışıq. Aramızda tez-tez münaqişələr yaranıb. İradə məndən dəfələrlə polisə şikayət edib. Lakin sonra məni bağışlayıb".
Təqsirləndirilən şəxs qeyd edib ki, İradə ilə aralarında münaqişə qısqanclıqdan yaranıb:
"Münaqişə zamanı İradənin hərəkətlərindən əsəbiləşdiyim üçün əl zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirdim. Lakin İradə barəmdə polisə şikayət etmədi".
Qədirin ifadəsinə görə, növbəti gün yenidən aralarında qısqanclıq üstündə mübahisə olub. İradə ona işləməməyini irad tutub:
"Bu zaman münaqişəmiz dərinləşdi. Əsəbiləşərək İradənin ayağından vuraraq yerə yıxdım, bədən nahiyələrinə bir neçə zərbə vurdum. İradə məndən şikayət edəcəyini bildirdi. Mən isə evdən getdim".
Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, İradə ilə barışığa cəhd etdiyini və 2-ci Qarabağ müharibəsi iştirakçısı olduğunu bildirib. O, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edib.
Cinayət işi üzrə zərərçəkmiş İradənin sözlərinə görə, Qədirlə söhbət zaman məişət problemlərinə görə aralarında münaqişə yaranıb:
"Qədirə irad bildirmişəm ki, bütün günü evdə oturur, özünə iş tapsın. Sözlərim Qədirin xoşuna gəlmədi, bunu münaqişəyə çevirdi, bədənimin müxtəlif nahiyələrinə vurdu. Lakin həmin vaxt Qədirdən şikayətçi olmadım".
İradə qeyd edib ki, növbəti dəfə yaşadıqları ünvanda yenə söhbətləri düz gəlməyib:
"Buna görə aramızda münaqişə yarandı. Qədir yenə məni döydü. Artıq Qədirin bu kimi hərəkətlərindən bezdiyim üçün ondan şikayət etmək qərarına gəldim".
Dəfələrlə Qədir tərəfindən şiddətə məruz qaldığını deyən İradə onun barəsində polisə şikayət edib.
O, ifadəsində Qədirlə barışmadığını, ondan şikayətçi olduğunu söyləyib.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Qədir 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı evi tərk etməmək, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO