Hərbi Prokurorluqda keçirilmiş görüşdə itkin düşmüş şəxslərlə bağlı görülmüş işlər müzakirə olunub

Hərbi Prokurorluqda keçirilmiş görüşdə itkin düşmüş şəxslərlə bağlı görülmüş işlər müzakirə olunubNoyabrın 22-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin yeni təyin olunmuş başçısı xanım Draqana Koiclə görüş keçirilib. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi dövründə itkin düşmüş şəxslərlə bağlı görülmüş işlər müzakirə olunub.

Bu barədə Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

Görüşdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev yeni təyinat münasibətilə Draqana Koici təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb və qarşılıqlı fəaliyyətin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib. Bildirib ki, müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin mükəmməl siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin sayəsində dövlətimiz qüdrətlənir, işğaldan azad edilmiş ərazilərimiz də daxil olmaqla regionumuz hərtərəfli inkişaf edir və əhalinin rifahı daha da yaxşılaşdırılır. Qazanılan ardıcıl uğurlarda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Bundan sonra, Hərbi prokuror Xanlar Vəliyev Azərbaycan ilə BQXK arasında ikitərəfli münasibətlərə toxunaraq, bu əlaqələrin yüksək səviyyədə və uğurla inkişaf etdiyini vurğulayıb. Qarabağ münaqişəsi zamanı əsir və itkin düşmüş, saxlanılan şəxslərin və meyitlərin qaytarılması prosesində komitə tərəfindən zəruri köməyin göstərilməsinə görə təşəkkürünü bildirib.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev, həmçinin ermənilərin ərazilərimizdə basdırdıqları minalardan, onun bu günə qədər davam edən acı fəsadlarından bəhs edərək qonaqların diqqətini bu məsələyə də cəlb edib.

Komitənin Azərbaycandakı Nümayəndəliyinin başçısı Draqana Koic göstərilən səmimi münasibətə görə minnətdarlığını ifadə edərək, qarşılıqlı işgüzar əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əmin olduğunu bildirib.

Görüşdə birgə səmərəli fəaliyyət, görülmüş işlər, qarşıda duran vəzifələr, eləcə də bir sıra digər məsələlər müzakirə olunub və faydalı fikir mübadiləsi aparılıb.
Hərbi Prokurorluqda keçirilmiş görüşdə itkin düşmüş şəxslərlə bağlı görülmüş işlər müzakirə olunubHərbi Prokurorluqda keçirilmiş görüşdə itkin düşmüş şəxslərlə bağlı görülmüş işlər müzakirə olunubHərbi Prokurorluqda keçirilmiş görüşdə itkin düşmüş şəxslərlə bağlı görülmüş işlər müzakirə olunubHərbi Prokurorluqda keçirilmiş görüşdə itkin düşmüş şəxslərlə bağlı görülmüş işlər müzakirə olunub


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 888   Tarix: 22 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini

9 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr