Kəlbəcərdə traktor aşıb, ölən var
Kəlbəcər rayonunda traktor aşıb, ölən var.
"Report"un əldə etdiyi məlumata görə, hadisə noyabrın 18-də rayonun Bağlıpəyə kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1972-ci il təvəllüdlü Fariz Tağıyev idarə etdiyi frontal yükləyici "ZL 50" markalı traktor tipli nəqliyyat vasitəsilə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi aşıb. Nəticədə F.Tağıyev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Report"a bildirib ki, faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2175 Tarix: 23 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Elektron siqaret qadağası - Bu tarixdə qüvvəyə minəcək
Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, istifadəsi, topdan və pərakəndə satışına dair qadağa gələn il aprelin 1-dən qüvvəyə minəcək. xəbər verir ki, bu, Milli Məclisin sabah keçiriləcək plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılaca
25 dekabrYanvarın 1-də Bakıda avtobuslar saat 01:30-dək işləyəcək
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən müntəzəm marşrutlar yanvarın 1-də saat 01:30-dək fəaliyyət göstərəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadə
26 dekabrUşaqla market alış-verişi edərkən nələrə diqqət etmək lazımdır? - AÇIQLAMA
Marketdə gördüyü hər şeyi istəyən və valideynləri almayanda ağlayan uşaqlar, bir çox valideyn üçün gündəlik həyatın çətin anlarından biridir. Bu davranış, uşağın hələ ehtiyac və istəklər arasındakı fərqi tam anlamaması ilə bağlıdır. Uşağın bu hisslərini düzgün yönləndirmək və ona səbr, nizam-intiza
25 dekabrSəidə Bəkirqızı fəaliyyətini hansı kanalda davam etdirəcək? - ÖZÜ AÇIQLADI
Dünən Səidə Bəkirqızının çalışdığı Space TV-dən getməsi ilə bağlı xəbər vermişdik. Bəs teleaparıcı fəaliyyətini bundan sonra hansı kanalda davam etdirəcək?. BİG.AZ bu sual ilə Səidə xanımla əlaqə saxlayıb. Saytımıza açıqlamasında Səidə xanım bildirdi ki: "Dünən artıq mənə iki kanaldan təklif gəlib
26 dekabrAZAL Gürcüstana səfər edən sərnişinlərə müraciət edib
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Gürcüstana səfər edən sərnişinlərə müraciət edib. AZAL-a istinadən xəbər verir ki, yanvarın 1-dən etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar ölkədə qaldıqları müddət ərzində qüvvədə olan tibbi sığortaya malik olmalıdırlar. Qaydalar Gürcüstan
26 dekabr