Partiya sədri: "Ruhi xəstələrin partiya fəaliyyətində iştirakı ciddi araşdırılmalıdır"
"Ruhi xəstələrin siyasi proseslərdə və partiya fəaliyyətində iştirakı ciddi araşdırılmalıdır".
Sonxeber.az xəbər verir ki, bunu Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə "Siyasi partiyalar haqqında" qanun layihəsinin yeni variantının müzakirəsi zamanı çıxışında deyib.
"Müəyyən məqamlar var ki, hansısa qanun tərəfindən həm partiya yaradıcılarına, həm də siyasi fəaliyyətlə məşğul olan şəxslərə məhdudiyyət qoyulur. Misal olaraq, dini eksterizm və dini siyasi proseslərdən kənarlaşdırmaq. Buna böyük ehtiyac var. Bununla yanaşı, xarici ölkələrin Azərbaycanın siyasi sisteminə qoşulmasına imkan verməmək məntiqli və zəruridir", - partiya sədri bildirib.
O qeyd edib ki, ruhi xəstələrin siyasi proseslərdə və partiya fəaliyyətində iştirakı ciddi araşdırılmalıdır: "Bunu araşdırmaq elə də çətin deyil. Çünki ölkədə həmin şəxslərin hamısı qeydiyyatdan keçib. Lakin bir sıra məqamlar var ki, dövlətin partiya fəaliyyətinə müdaxiləsinin qarşısı alınmalıdır".
Deputat əlavə edib ki, bütün məhdudiyyətlər qanun layihəsindən çıxarılımalıdır: "Məqsədə çatmalıyıq, Azərbaycanı demokratik dövlət kimi inkişaf etdirməliyik. Məsləhət görərdim ki, Venesiya komissiyası ilə birgə işləri bərpa edilsin. Beynəlxalq təşkilatlara qanunun yaradılma məqsədi, Azərbaycanda həyata keçirilən siyasi islahatların zərurəti ilə bağlı işlərin davamına ehtiyac var. Hesab edirəm ki, bu, Azərbaycan dövlətinin nüfuzunu artıra bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 878 Tarix: 23 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrMaşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabr