DİN-dən böyük əməliyyat - 42 nəfər saxlanıldı - VİDEO
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları eyni anda paytaxt və bölgələrdə narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib.
Sonxeber.az DİN-ə istinadən xəbər verir ki, əməliyyatlar zamanı 42 nəfər saxlanılıb, 49 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bildirilib ki, polisə paytaxt istiqamətində hərəkətdə olan "VAZ 2108" markalı avtomobildə külli miqdarda narkotik maddəllərin daşındığı barədə əməliyyat məlumatı daxil olub.
Məlumat Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yoxlanılıb və avtomobilin hərəkət trayektoriyası müəyyən edilib. Qaradağ rayonu ərazisində həmin nəqliyyat vasitəsi xüsusi əməliyyat nəticəsində saxlanılıb. Sürücü Rüfət Xaliqov və sərnişin Elvin Zeynalovdan 10 kiloqram heroin, marixuana, elektron tərəzilər, 420 ədəd ekstazi və metadon həbləri aşkar edilib.
Dəstənin digər üzvlərinin saxlanılması istiqamətində Sumqayıt şəhəri və Yevlax rayonunda eyni anda keçirilən əməliyyatlar zamanı isə Tural Hüseynov və Saday Səttarovun da tutulması təmin edilir. Bu şəxslərdən isə ümumilikdə 23 kiloqram müxtəlif xassəli narkotik və həblər aşkar olunub. Polisin bu əməliyyatları nəticəsində yüzlərlə gəncin narkotik maddələrə əlçatanlığının qarşısı alınır və cəmiyyətdə "ağ ölüm"ü yaymağa çalışan daha 4 narkotik vasitələrin satışını həyata keçirən şəxs məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, bu kimi tədbirlər polislər tərəfindən, demək olar ki, hər gün keçirilir. Təkcə son bir ayda Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı və qanunsuz dövriyyəsini həyata keçirən 42 şəxs tutulub. Onlardan ümumilikdə 49 kiloqram heroin, metamfetamin, tiryək, kristal narkotik vasitə sayılan kokain, həmçinin 1000 ədəd psixotrop tərkibli ekstazi və metadon həbləri aşkar edilib.
Aparılan zəruri istintaq və əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən olduqları sübuta yetirilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO