Putin: "Ümid edirik ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi bağlamaq mümkün olacaq"
Rusiya Prezidenti Vladimir Putin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanacağına ümid edir.
O, bu barədə çərşənbə günü İrəvanda keçirilən KTMT sammitindəki çıxışı zamanı bildirib.
Putin Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderlərinin oktyabrın sonunda Soçidə baş tutan sammitini müsbət qiymətləndirib. O, həmçinin qeyd edib ki, aparılan danışıqlar fundamental məsələlər üzrə gələcək kompromislər üçün yaxşı zəmin yaradıb.
Prezident bildirib ki, birgə bəyanatda 2020 və 2021-ci illərdə əldə edilmiş yüksək səviyyəli üçtərəfli sazişlərə sadiqlik bir daha təsdiqlənib. O vurğulayıb ki, yalnız sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, humanitar problemlərin həlli ilə bağlı bu sazişlərin ardıcıl icrası ölkələr arasında münasibətlərin normallaşmasına kömək edəcək.
"Ümid edirik ki, bu, son nəticədə Yerevanla Bakı arasında sülh müqaviləsi bağlamağa imkan verəcək", - deyə Rusiya dövlət başçısı əlavə edib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb