""Siyasi partiyalar haqqında" yeni qanun layihəsi demokratik prinsipləri özündə əks etdirir" - DEPUTAT
"Hazırda ölkəmizdə cəmiyyət həyatının bütün sahələrini əhatə edən sistemli, ardıcıl islahatlar həyata keçirilir. Bu islahatlar nəticəsində Azərbaycanın dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində ciddi dəyişikliklər müşahidə olunur. müsbət qarşılanıb. Milli Məclis də qanunvericilik müstəvisində bu prosesdə yaxından iştirak edir və parlamentdə təmsil olunan siyasi partiyaların da bu proseslərdə fəal rolu müşahidə edilir. Bütün bu siyasi tendensiyalar siyasi partiyalarla bağlı qanun layihəsində də dəyişikliyi labüd edir. Hazırda qüvvədə olan qanunun qəbulundan 30 il keçib və bu müddətdə ölkənin ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verib, yeni qanunda həmin dəyişikliklərin nəzərə alınması zəruridir".
Bunu Sonxeber.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Millət vəkili bildirib ki, Qanun layihəsi Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olmaqla siyasi plüralizm, demokratik rəqabət, birləşmək azadlığı hüququnu özündə ehtiva edir. "Yeni qanun layihəsinin hazırlanması zamanı siyasi partiyalardan daxil olan təkliflərlə yanaşı, beynəlxalq təcrübəyə istinad edilərək bu məsələrlər də nəzərə alınıb. Qanun layihəsinə edilən dəyişikliklərdə müzakirələr zamanı siyasi partiyalar və ictimaiyyət nümayəndələrinin səsləndirdiyi fikirlərin öz əksini tapıb. Bu da layihənin demokratik prinsiplərə əməl edilməklə, şəffaflıq şəraitində hazırlandığını təsdiqləyir".
Layihə sənədində dəyişikliklər barədə danışan A.Hüseynov qeyd edib ki, əsas dəyişikliklərdən biri partiyaların yaradılması üçün üzv tələbinin 10 mindən 5 min nəfərə endirilməsidir:
"Eləcə də, seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılıb. Eyni zamanda, Azərbaycanda ilk dəfə dövlət hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq və beləliklə, siyasi rəqabəti gücləndirmək, təbliğat və təşviqat prosesini genişləndirmək, hər vətəndaş səsi uğrunda mübarizə aparmaq, seçiciləri ayrılıqda deyil, nizami və strukturlaşmış partiyalara cəlb etmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edilir. Qanun layihəsinin 25.2.4 və 25.2.5-ci maddələrini bu baxımdan inqilabi addımlar kimi xarakterizə etmək olar. Qanun layihəsi çoxpartiyalı sistemin yaradılmasına, partiyaların ölkənin ictimai-siyasi həyatında rolunun artırılmasına xidmət edir və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, dövlətlə siyasi partiyalar arasında səmərəli əməkdaşlığa, siyasi partiyalar arasında qarşılıqlı faydalı dialoqa öz töhfəsini verəcək".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO