Üç qızdan sonra üçəmləri olan ailənin aqibəti necə olacaq? - VİDEO
Aytəkin, Gültəkin və Nurtəkin. Məmmədovlar ailəsi oğlan arzulasa da, üç qız övladı dünyaya gəlib. Buna ən çox sevinənlər isə ailənin böyük qızları Xəyalə, Aişə və Zəhradır.
30 yaşlı Günel Məmmədovanın üçəmləri nəzərdə tutulan müddətdən tez dünyaya gəldiyindən bir müddət həkim nəzarətində saxlanılıb.
9, 7 və 4 yaşlarında 3 qız övladı da olan ailə nə qədər sevincli olsa da, məişət qayğıları və maddi çətinlik valideynləri indidən narahat etməyə başlayıb.
Ailənin vəziyyəti ilə bağlı məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan da münasibət bildirilib.
"DSMF tərəfindən elektron qaydada üç uşağın hər biri üçün körpənin anadan olmasına görə 300 manat, yəni ümumilikdə 900 manat məbləğində birdəfəlik müavinət təyin edilir. Həmçinin beşdən çox uşaq dünyaya gətirib tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, onlar 1 yaşına çatdıqda isə hər bir uşağa görə 70 manat, ümumilikdə 420 manat məbləğində müavinət təyin olunacaq. Bu ödənişlərdən başqa ailə ünvanlı dövlət sosial yardım hüququnun yoxlanılması üçün elektron qaydada müraciət edə bilər", - deyə qurumdan bildirilib.
Qeyd edək ki, Məmmədovlar ailəsi Şəmkirin Dəllər Cırdaxan kəndində yaşayır. 6 qızları olan gənc valideynlər bütün çətinliklərə baxmayaraq, bundan sonra da övlad sahibi olmağı arzulayırlar.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3689 Tarix: 24 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrMaşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabr