Tükürpədici təfərrüatlar: İlk dəfə İlkin Süleymanovun məhkəməsində SİRLƏR AÇILDI

Tükürpədici təfərrüatlar: İlk dəfə İlkin Süleymanovun məhkəməsində SİRLƏR AÇILDITovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Sonxeber.az "milli.az"a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə İlkin Süleymanovun istintaq zamanı verdiyi ilkin ifadəsi ilə bağlı araşdırmalar aparılıb.

Qeyd olunub ki, İlkin Süleymanov istintaq zamanı 4 dəfə ifadə verib. Bu ifadələrin 2-si ondan şahid qismində alınıb. İlkin Süleymanov 2020-ci ili yanvarın 8-də şahid qismində verdiyi ifadəsində qətli törətməsini inkar edib. Daha sonra yanvarın 10-da yenidən şahid qismində dindirilib.

Bundan sonra isə onun şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadə verdiyi məlum olub.

İlkin Süleymanov ifadəsində qeyd edib ki, Tovuz rayon Polis Şöbəsinin o zamankı rəis müavini Şahlar Cəfərov tərəfindən təhdid olunub. Onun ifadəsinə görə, Cəfərov "bura 50 nəfər silahlı şəxs gətirərəm, sənin üçün başqa cür olar" - deyə, onu təhdid edib.

İlkin Süleymanovun vəkili Əlibaba Rzayev deyib ki, Şahlar Cəfərov da, digər vəzifəli şəxslər də müvəkkilinin cinayətlə heç bir əlaqəsinin olmadığını biliblər və bu səbəbdən ondan təzyiq altında etirafedici ifadələr alıblar:

"Şahlar Cəfərov fikirləşib ki, İlkin Süleymanov hadisə yerində ifadə verən zaman orada qohumlarını, yaxınlarını görər, qışqırar ki, mənim bu cinayətlə əlaqəm yoxdur, mənə işgəncə verirlər.

Şahlar Cəfərov əvvəlcədən İlkin Süleymanovu təhdid edib, deyib ki, ora əli silahlı adamlar düzərəm, heç kimi yaxına qoymaram, yenə də istintaq təcridxanasına qayıdacaqsan, bizim tabeçiliyimzdə olacaqsan, özünü yaxşı apar. Xəbərdar edib ki, burada nə ifadə almışıq, hadisə yerində də eyni ifadələri verməlisən.

Təhdid də bununla bağlıdır. Bu da ehtiyatdan yaranan təhdid olub".

Bundan əlavə, iş materiallarında olan əvvəlki videoçəkilişlərlə bağlı tərəflər suallar veriblər. Prokuror ziddiyyətli məqamlarla bağlı İlkin Süleymanova suallar ünvanlayıb.

Vəkillər isə deyiblər ki, iş üzrə istintaq hərəkətləri aparılmayıb. Onlar iddia ediblər ki, İlkin Süleymanovun bütün ifadələrində texniki səhvlər eynidir.

İlkin Süleymanovdan bir dəfə ifadə alınıb, sonrakı mərhələlərdə eyni ifadə digər ifadələrə köçürülüb və ona da imza etdiriblər. İlkin Süleymanov özü də məhkəmədə bu faktı təsdiq edib. Deyib ki, istintaqın sonrakı mərhələlərində ondan heç bir ifadə alınmayıb, ifadələr ona əməliyyatçı tərəfindən imza etdirilib.

Növbəti proses noyabrın 29-da davam edəcək.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4693   Tarix: 25 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini

9 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr