Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin genişlənmə potensialına təsir göstərəcək
Zəngəzur dəhlizinin açılması Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) genişlənmə potensialına əhəmiyyətli təsir göstərəcək.
"Report" xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında nüfuzlu beynəlxalq beyin mərkəzlərinin tanınmış professorları, tədqiqatçıları və ekspertlərinin iştirakı ilə keçirilən "Orta Dəhliz boyunca, geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda konfransda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O bildirib ki, Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa dəhlizdir. Uzunluğu 110,4 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttində işlərin 40 faizi tamamlanıb və bu dəmir yolu bu dəhlizin tərkib hissəsidir. SSRİ dövründə bu dəmir yolu xətti ilə təqribən 10 milyon ton yük ötürülürdü.
Nazir müavini qeyd edib ki, Zəngəzur dəhlizinin imkanlarını artırmaq üçün işğaldan azad edilmiş ərazilərdə logistika mərkəzlərinin və azad iqtisadi zonaların yaradılması nəzərdə tutulur. Dünyada baş verən geosiyasi proseslər də Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında strateji önəmini artırıb. Bu, özünü ölkə üzərindən daşınan yüklərin həcmində də göstərib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb