Azərbaycan dili üçün tökülən göz yaşları: Kinoteatrlarda qaydalara riayət olunurmu? – ARAŞDIRMA

Azərbaycan dili üçün tökülən göz yaşları: Kinoteatrlarda qaydalara riayət olunurmu? – ARAŞDIRMAHər bir xalqın mədəniyyəti ilk növbədə onun dilindən qaynaqlanır. Bu mənada xalqlar öz dillərinə xüsusi hörmət göstərilməsini istəyirlər. Üstəlik, bu dil dövlət dilidirsə, tələb bir az da sərtləşir.

Son günlərdə sosial şəbəkələrdə yayılan uşağın kino ilə bağlı videosu bu mənada xüsusilə narahatedicidir. Sosial şəbəkələrdə yayılan videoda uşaq ağlayır və atasına bildirir ki, baxmaq istədiyi film kinoteatrda rus dilində nümayiş etdirilir. O isə rus dilini bilmədiyindən filmə baxa bilmir.

"Uşaqdır, kapriz edir, ağlayır" deyib keçmək olmur. Əslində bu, çox ciddi bir problemdən xəbər verir. Uşaq yaşadığı ölkədə dövlət dili elan olunan dildə istədiyi filmə baxa bilmir. Halbuki "Dövlət dili haqqında" qanuna görə belə olmamalıdır. Bu qanuna uyğun olaraq 2011-ci ildə Mədəniyyət Nazirliyi ölkədə fəaliyyət göstərən bütün kinoteatrlarda filmlərin dövlət dilində nümayiş etdirilməli olduğu haqqında qərar verib. Bundan başqa, "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nda da əcnəbi ölkələrdə istehsal olunan filmlərin Azərbaycan dilinə tərcümə olunması, o cümlədən subtitrləşdirmə üsulu (alt yazı) ilə dublyajı ilə bağlı bənd var.

Bəs bunlara riayət olunurmu? Yuxarıda danışdığımız video deyir ki, yox.

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı "Kaspi" qəzetinin əməkdaşı araşdırma aparıb.

Onlayn kino afişalarını gözdən keçirəndə də bu qənaətə gəlmək olur. Həm uşaqlar, həm də böyüklər üçün olan filmlərin daha çox əcnəbi dillərdə yayımlandığını görürük. Əsasən rus, nisbətən az ingilis və türk dillərində olan filmlərin seçimi rəngarəngdir. Amma Azərbaycan dilində filmlər (istər yerli, istərsə də dublyaj olunmuş xaricdə istehsal olunan filmlər) demək olar ki, yox səviyyəsindədir. Ən acınacaqlısı da odur ki, kinoteatrlarda uşaqlar üçün olan Azərbaycan dilində film tapmaq müşkül məsələdir.

"CinemaPlus" kinoteatrlar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Nərmin Həsənova bildirdi ki, Mədəniyyət Nazirliyinin normativlərinə uyğun olaraq təmsil etdiyi kinoteatrlar şəbəkəsində yayımlanan bütün filmlər mütləq şəkildə Azərbaycan dilində alt yazısı ilə verilir: "O ki qaldı filmlərin Azərbaycan dilində yayımlanmasına, kinoteatr dublyajla məşğul deyil. Əvvəllər dublyaj edən studiyalar vardı, həmin filmləri biz də verirdik. Hazırda dublyaj olunmur, biz də alt yazısı ilə, yəni subtitrlərlə veririk. Çalışırıq ki, filmlər üç dildə – rus, ingilis və türk dillərində olsun. Qeyd etmək istərdim ki, Azərbaycan dilində filmə baxmaq istəyən uşaqlar əksər hallarda türk dilində olan filmlərə baxırlar. Türk dilində olan filmlərin də bir çoxunda Azərbaycan dilində subtitr gedir".

"Nizami" Kino Mərkəzinin mətbuat katibi Arzu Əhədova deyir ki, kinoteatr distributordan aldığı filmi yayımlayır: "Film bizə necə təqdim olunursa, biz də elə yayımlayırıq. Sözsüz ki, Azərbaycan dilində subtitrlər də mütləq olur. Kinoteatrımız dilimizdə subtitri olmayan filmi qəbul etmir. Filmlər dublyaj olunsa, biz də Azərbaycan dilində verərik. Bu, həm də kinoteatrın xeyrinədir. Axı hər kəs xarici dildə və ya subtitrlərlə baxmaq istəmir. Təəssüf ki, biz bu halda həm də tamaşaçı itirmiş oluruq. Çünki tamaşaçıların əksəriyyəti azərbaycandillidir. Filmləri dublyaj etmək isə kinoteatrın görəcəyi iş deyil. Bundan ötrü studiyalar olmalıdır. Hazırda filmlər dublyaj olunur, amma yetərincə deyil. Bir şeyi qeyd etmək istəyirəm ki, xarici filmlərdən ən çox türk filmlərinə tələbat var. Amma ümumiyyətlə, bu, böyük bir problemdir. Çox istərdik ki, filmlər dublyaj olunsun. Xüsusən də, uşaq filmlərinin dilimizə dublyaj edilməsi vacibdir. Çünki böyüklər çatdırıb subtitri oxuya bilsə də, balacalar bunu edə bilmir. Amma yenə də uşaqlar ən azından türk dilində başa düşür deyə, türk dilində olan seanslara gəlirlər".

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı deyir ki, bu, çox ciddi məsələdir. Qanunun tələblərinə görə, Azərbaycanda kinoteatrlarda yayımlanan filmlər rəsmi dövlət dilində olmalıdır. Subtitr isə tərcüməsi çətin və ya nümayişi tələsik olan filmlərdə istifadə oluna bilər. Subtitr olsa belə, filmlər mütləq dublyaj olunmalıdırlar: "Bunun günahı kinoteatrlarda deyil. Çünki kinoteatrlar icraçı rolunu oynayır, yəni filmi ancaq nümayiş etdirirlər. Bununla Mədəniyyət Nazirliyi, kino sahəsinə məsul olan şəxslər məşğul olmalıdırlar. Bizdə nədənsə tərsinədir. Türk filmlərinin tərcüməsinə ehtiyac yoxdur, onları tərcümə edirlər. Başqa dillərdə olan filmlərə ehtiyac var, onlar isə ya heç tərcümə olunmur, ya da çox gec olunur. Efirlərdə biz dublyaj olunmuş filmlərə baxa bilirik, amma kinoteatrlar üçün də bu işi təşkil etmək lazımdır. Kinostudiya bərpa olunarsa, yeni avadanlıqlarla təmin olunarsa, düşünürəm ki, dublyaj işi orada təşkil edilə bilər. Respublikaya gələn bütün filmlər orda dublyaj olunar. Hər halda, bu işlə məşğul olan rəsmilər məsuliyyət hiss eləsələr, uşaqlarımızı boynubükük vəziyyətdə qoymarıq. Sözügedən video yalnız o uşağın yox, bütöv millətin hüququnun pozulmasının göstəricisidir".

Millət vəkili bildirdi ki, problemi yaradan bir məqam da Bakıda yüz mindən artıq uşağın məktəblərdə rus bölməsində oxumalarıdır: "Dövlət dilinə hörmətlə bağlı illərdir yazırıq, danışırıq, amma təəssüflər olsun ki, eşidən yoxdur. Bizim sıravi vətəndaşımız da öz dilinə qarşı biganədir. Küçədə, evdə, müxtəlif müəssisələrdə valideynlər uşağı ilə, dostlar, qohumlar, işçilər bir-birləri ilə rus dilində danışırlar. Öz ana dillərində danışmırlar. Sanki bu dili bəyənmir, üstdən aşağı baxırlar. Axı bu nə düşüncədir? Bu insanların milli şüuru varmı? Bunlar öz kimliklərini dərk edirlərmi? Kimliyini, dilini, hafizəsini itirmiş insan kökdən qopmuş ağac kimidir. Günün birində quruyacaq mütləq".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1898   Tarix: 27 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır

Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin

20 sentyabr
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust
.

Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai

18 iyul
.

Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş

Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər

4 avqust
.

"Odissey"in kitab satışları 1400 faiz artdı

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb. "Qafqazinfo" xəbər veri

31 iyul
.

Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib

26 avqust
.

Xalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır

Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla

20 iyul
.

Alim Qasımov istirahətə niyə getmir? - "Harada bir yer tapsam..."

Avqust ayı olsa da, Xalq artisti Alim Qasımov istirahətə getməyib. Xanəndə Qaynarinfo-ya açıqlamasında hələ Bakıda olduğunu bildirib:. "Hələ istirahətə getməmişəm, Bakıdayam. Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram. Mənim üçün istirahət elə budur"

5 avqust
.

Mərhum Xalq artistinin abidəsi adi olmayacaq

Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:

25 avqust